Siyasət
Rusiyalı tarixçi: “İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz”
Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan Xocalı soyqırımı petisiyası ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən rusiyalı tarixçi bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb: "Onlar bir iş görəndə, 40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir".
IV İslam Həmrəyliyi Oyunları İtaliya mətbuatında
IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir.
Dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir
Dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir.
XİN başçısının müavini: "Əgər sülh yolu nəticə verməsə, Qarabağda işğala son qoymağın başqa yolunu axtaracağıq"
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma bu yolla sülh əldə olunmasa, işğala son qoyulmasının başqa yollarını axtaracağıq". Bunu Sofiyada olan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Millət vəkili kabel tv-lərin fəaliyyətindəki çatışmazlıqlardan danışdı
Millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il mayın 16-da keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Qanun layihəsi ilə əlaqədar cıxış edib.
Azərbaycan XİN "Eurasianet"in qeyri-obyektiv mövqeyinə cavab verdi
Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu, Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.
Ermənilər mövqelərimizə 28 mərmi atıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (28 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub.
Vüqar Rəhimzadə: Bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır
“Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan belə bir qərarın qəbul edilməsi təəssüf doğurur”.
Düşmən Ağdam istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Ombudsman Aparatı: "Rusiyadakı soydaşlarımızın birləşmə azadlığı hüququ məhdudlaşdırılmış oldu"
Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu.
İsrail Ermənistana hücum edəcək – Düşmən ölkənin sonu olacaq PLAN
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verildi
Prezident İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.







.jpg)




