Siyasət

"Cəbhəboyu zonadakı yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları" təsdiq edilib

16 May 2017 18:41

Azərbaycan Prezidenti İlham Əliyev "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Afaq Məlikova "Şərəf" ordeni ilə təltif edildi

16 May 2017 18:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afaq Məlikovanın "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi

16 May 2017 18:09

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

ÜAK prezidenti: "Rusiya Ədliyyə Nazirliyinin məqsədi təşkilatın qeydiyyatını ləğv etdirmək idi"

16 May 2017 17:47

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: “16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb.

Deputat: ÜAK-ın ləğvi müəyyən qüvvələrin təsiri altında olub

16 May 2017 17:07

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi müəyyən qüvvələrin təsiri altında olub. Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir.

"ÜAK-ın ləğvi siyasi xarakter daşımır"

16 May 2017 16:32

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarında siyasi səbəb axtarmaq lazım deyil".  Bunu "Novaya Rossiya" hərəkatının rəhbəri, politoloq, məşhur ictimai xadim Nikita İsayev deyib.

ÜAK-ın ləğvi: Rusiya maraqlarını ermənilərə qurban verir?

16 May 2017 16:05

Rusiyanın hakimiyyət dairələrindəki düşərgələnmə, Ermənistanın və erməni diasporunun maliyyəsindən asılı duruma düşmüş kölə təfəkkürlü bir neçə məmurun "təşəbbüsü" nəticəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırılıb.

Əkbər Qoşalı: “ÜAK-ın ləğvi çoxlu suallar doğurur”

16 May 2017 15:47

“Rusiya Federasiyasındakı Azərbaycanlıların ən böyük ictimai birliyini dövlət qeydiyyatının ləğv edilməsi, əlbəttə, çoxlu suallar doğurur. Özü çoxmədəniyyətli, polietnik gerçəklik və xarakterdə olan Rusiya toplumunun da belə bir qərara münasibətsiz qalmaması lazımdır, deyə düşünürəm. Əlbəttə, RF-nin daha yuxarı yetkilərə malik dövlət orqanlarının bu yanlış “ləğvetmə qərarı”nın özünü ləğv edəcəyini arzu və ehtimal edirəm. Ancaq bu işlər yalnız arzularla həll olunmadığı da bir gerçəkdir”. Bunu  Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Sədaqət Vəliyeva: "İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz"

16 May 2017 15:44

"Son bir neçə gündür ki, islam dünyasının nəbzi Bakıda vurur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Parlamentlərarası dostluq qrupunun rəhbəri ÜAK-ın ləğvinə münasibət bildirdi

16 May 2017 15:29

Mayın 15-də Rusiyada məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi xoş hadisə deyil. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib. O bildirib ki, təsirli apelyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır: "Madam ki, məsələ məhkəməyə kimi gedib, onda bu problemi Rusiya qanunvericiliyinə əsasən, həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istəyirəm. İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur.

ÜAK-ın ləğvi Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır

16 May 2017 15:25

Milli Məclisin mayın 16-da keçirilən iclasında millət vəkilləri Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsinə etirazlarını bildiriblər. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Milli Məclisin sədr müavini  Bahar Muradova qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələ təkcə azərbaycanlılara qarşı deyil, qonşu ölkənin sərbət toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məsələnin məqsədli şəkildə atıldığını hesab etmirəm.

Diasporla Komitəsi ÜAK-la bağlı etiraz bəyanatı yaydı

16 May 2017 15:06

2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qaşılanıb.

Oqtay Əsədov  Rusiya Dövlət Dumasının sədri ilə danışacaq

16 May 2017 15:01

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. “Olaylar” xəbər verir ki, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

Rusiya Ali Məhkəməsinin erməni lobbisini sevindirən qərarı

16 May 2017 14:54

Nə qədər təəssüfedici olsa da, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Azərbaycan rəsmilərinin çoxsaylı müraciətləri, səfir Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü və Milli Məclisin hüquq komisiyasının sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin təcili olaraq Moskvaya göndərilərək rusiyalı həmkarlarıyla görüşlər keçirməsi də Konqresinin qeydiyyatının ləğvi prosesini dayandıra bilmədi.

Ermənistan dövləti ləğv edilməlidir

16 May 2017 14:51

Ermənistanla diplomatik dillə danışdıqca işğalçı ölkə özünü daha da aqressiv aparır, sanki Azərbaycanın ondan çəkindiyini zənn edərək yeni-yeni ərazi iddiaları ilə çıxış edir. Elə bu günlərdə Rusiya-Ermənistan birləşmiş komandanlığının rəhbərinin Ermənistanın “tarixi torpaqlarının” bərpasının zəruriliyi haqqında verdiyi sərsəm bəyanat da belə deməyə əsas verir.