Siyasət

Rusiya-Azərbaycan münasibətləri çətin sınaq qarşısında

16 May 2017 14:49

Bakı və Moskva Azərbaycanın heç də arzu etmədiyi çətin sınaq mərhələsini yaşayır. Səbəb Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərəzli və sifarişli qərar qəbul etməsidir. Xəbərlərdən də məlum olduğu kimi, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Sözügedən qərarın qəbulunu o səbəbdən xüsusi sifariş hesab etmək olar ki, konqresin qeydiyyatının ləğvi barədə göstərilən əsaslar kifayət qədər məntiqsizdir.

"ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq"

16 May 2017 14:23

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq.

Rəsmi Bakı Rusiyaya etiraz etdi

16 May 2017 14:19

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı  müsahibə verib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

16 May 2017 14:07

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Vladimir Putinə MÜRACİƏT ETDİ

16 May 2017 13:48

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Erməni kəşfiyyatına işləyən azərbaycanlı satqınlar Rusiyadan maliyyələşib?

16 May 2017 13:27

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb.

Oqtay Əsədov: “Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”

16 May 2017 13:25

Milli Məclisin bugünkü iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu addım cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb: “Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb.

Mixail Zabelin: “Rusiyada başqa millətlərə tolerant münasibət yoxdur”

16 May 2017 13:19

“Rusiya da Azərbaycan kimi çoxmillətli ölkədir. Azərbaycanda bütün xalqlara bərabər münasibət göstərilir, ölkədə tolerantt mühit var. Təəssüflər olsun ki, biz Rusiyada tolerant mühitin olduğunu görmürük”.

Ərdoğan İslam Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib

16 May 2017 12:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib. Bu barədə Türkiyə prezident administrasiyası məlumat verir. Bugünədək Türkiyə İslamiadada 35 qızıl, 31 gümüş və 26 bürünc medal qazanıb.

"OSA" zenit-raket kompleksinin məhv edilməsi bir mesajdır

16 May 2017 11:53

"Ermənistana ötürülən və oradan da Dağlıq Qarabağa gətirilərək ön mövqeyə çıxarılan "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşınının dəqiq raket zərbəsi ilə sıradan çıxarılması, ən azı 5 nəfərlik şəxsi heyətinin də məhv edilməsi xəbərdarlıqdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Politoloq: “Azərbaycan alması ermənilərin əsl niyyətini aşkarladı” 

16 May 2017 11:50

“Azərbaycan alması Ermənistanda prezident, baş nazir səviyyəsində ajiotaj yaradıb. Mətbuat bu məsələni aktiv şəkildə gündəlikdə saxlayır. Rəsmilər, ekspertlər və siyasi partiya liderləri bu məsələyə dəfələrlə münasibət bildirirlər. Azərbaycan almasının Ermənistanda mövcudluğundan qorxan ekspertlərin bəziləri ABŞ və Aİ ilə sıx əməkdaşlıq edənlərdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Rusiya ilə silah ticarəti müqaviləsinə yenidən baxılmalıdır

16 May 2017 11:38

Rusiya hakimiyyətinin birbaşa sifarişi ilə Ümumirusiya Azərbaycanlıları Konqrensinin ləğv edilməsi, rəsmi Kremlin Azərbaycana qarşı təzyiq siyasətidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Ərazilərimiz minaatanlardan atəşə tutulur

16 May 2017 11:31

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.