Siyasət
Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azay Quliyev: "İrqçiliyi, antisemitizmi təşviq edən partiyalara sanksiyalar tətbiq olunmalıdır"
ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev mayın 15-də Almaniya Bundestaqında “Parlamentarilər antisemitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib.
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Qazaxıstanda hərbi oyunlarda iştirak edəcək
Azərbaycan Qazaxıstanda keçiriləcək III Beynəlxalq ordu oyunları – 2017-də iştirak edəcək. KazTAQ xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Mübariz Əhmədoğlu: “ATƏT-in İrəvan ofisinin bağlanması narahatlıq yaradıb”
ATƏT-in İrəvan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb. Amma ATƏT-in İrəvan ofisinin bağlanması birdən-birə baş verməyib. ATƏT bütün strukturları ilə Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana yardımçı mövqedə idi.
Rusiyanın Qarabağ planı puç ola bilər – Rusiyalı politoloq
Hazırda KİV-lərdə ən çox müzakirə olunan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin “Lavrov planı” üzrə həllidir. Bu plan Azərbaycan və Türkiyə tərəfindən blokadanın götürülməsi və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müqabilində işğal altında olan 5 rayonun Azərbaycana geri qaytarılmasını nəzərdə tutur. Necə düşünürsünüz, sözügedən həll üsulu nə qədər realdır?
Türkiyə alman millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb
Türkiyə almaniyalı millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb. Türkiyə hakimiyyət orqanları səfər üçün “müvafiq şərtlərin” olmadığını əsas gətirib.
İranın qeyri-müəyyən siyasəti
Azərbaycanın cənub qonşusu sayılan İran İslam Respublikası hər zaman öz qeyri-müəyyən mövqeyi və siyasəti ilə seçilib. Üzdə və sözdə Azərbaycanla dərin bağlara, mehriban qonşuiuq əlaqələrinə malik olduğunu bildirsə də, əməldə heç də hər zaman bunu təsdiqləmir. Əksinə fürsət düşdükcə Azərbaycanın maraqlarına zidd addımlar atmaqdan çəkinmir.
Ermənistan danışıqlar prosesindən yayınmaq kursunu davam etdirir
Cəbhədə erməni təxribatı hər ötən gün daha da artır və geniş miqyas alır. Əgər son 1-2 aya qədər ermənilər tərəfindən atəşkəs rejimi sutka ərzində 60-70 dəfə pozulurdusa, artıq bu hal daha intensiv xarakter alıb.
ÜAK-ın ləğvi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciətə hüquqi qiymətin verilmsi məsələsi yenidən gündəmə gəlib. Artıq sözügedən məsələ ölkə ictimaiyyətini ciddi narahat etməkdədir. Belə ki, özündə çoxsaylı soydaşlarımızı birləşdirən, illərlə iki ölkə və xalqlar arasında körpü rolunu oynayan icmanın sənədlərindəki adi texniki səhvə görə ləğv edilməsi doğrudan da düşünməyə əsas verir.
Azərbaycan yenə tarix yazdı
Mayın 12-də Azərbaycan daha bir tarix yazdı. Belə ki, hər kəsə bəlli olduğu kimi qeyd edilən tarixdə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi şəkildə açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də bir sıra müsəlman ölkələrinin rəsmiləri və idman federasiya rəhbərlərinin iştirak etdiyi açılış mərasimi öz möhtəşəmliyi, yada qalanlığı ilə seçildi.
IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək
Artıq 3 gündür ki, IV İslam Həmrəyliyi Oyunlarına rəsmən start verilib. Mayın 12-də təntənəli şəkildə rəsmi açılış mərasimi keçirilən İslam Həmrəyliyi Oyunlarının dördüncüsünə Azərbaycan evsahibliyi etməklə bir daha adına növbəti aktivi yazmış oldu. Elə millət vəkili Fuad Muradov da bu qənaətdədir.
Amerikalı ekspet: "Bakıdakı İslamiada mədəniyyətlərarası dialoqu möhkəmləndirir"
Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları eyni arenada çox sayda müxtəlif xalqların nümayəndələrinin bir arada toplamağın gözəl nümunəsidir və bu idman tədbiri mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir.
Hamı çalışmalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə imkan verilməsin
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair gözlənilmədən iddia qaldırması, Ermənistandakı 102-ci hərbi bazasını genişləndirmək qərarı, Qızıl meydandakı qələbə paradında qondarma Dağlıq Qarabağın “bayraqları”nın dalğalanması və bubna etiraz edən azərbaycanlıların rus polisi tərəfindən saxlanılması son bir ayda Rusiyada anti-Azərbaycan siyasətinin görünən tərəfləridir.














