Siyasət
Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Bunu millət vəkili Elman Məmmədov deyib.
Politoloq: “Diaspora xarici siyasətdə ən vacib resurslardan biridir”
“Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrə təsadüf etməsi çox təəssüfedici, eyni zamanda maraqlı bir məqamdır”. Bunu politoloq Zaur Məmmədov deyib.
Azay Quliyev ATƏT PA-nın tədbirinə qatılacaq
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Almaniyanın paytaxtı Berlinə səfər edib. Milli Məclisdən verilən məlumaya görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək. Deputatımız, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq. Səfər mayın 16-da başa çatacaq.
Atəşkəs rejimi 117 dəfə pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
Professor: "ÜAK-ın qeydiyyatının ləğvinə cəhd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır"
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi illə bağlı məhkəmə iddiasının qaldırılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə ciddi zərbə vurmaq məqsədi daşıyır. Bunu Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
İslamiada: Prezident karateçilərə medalları təqdim etdi
İlham Əliyev ailəsi ilə açılış mərasimində - FOTOLAR
Maduro müxalifəti dinc sakinləri öldürməkdə suçladıMaduro müxalifəti dinc sakinləri öldürməkdə suçladı
Venesuela müxalifəti dinc sakinləri öldürüb. Bunu "Qlobovijn" televiziyasına müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro söyləyib. O, müxalifətin bunun üçün snayperlərdən istifadə etdiyini bildirib. Venesuelada 4 apreldən başlayan siyasi böhran davam edir.
Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Baş direktorun müavini: "Xoşməramlı səfir Leyla Əliyeva FAO-nun işinə və maarifçi siyasətinə böyük dəstək göstərir"
"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Ərzaq və kənd təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi təşkilatın işinə və maarifçi siyasətinə böyük dəstək göstərir və FAO-nun mesajının bütün dünyaya çatdırılmasına yardım edir".
Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib
Mayın 12-də Türkiyənin Antalya şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 6-ci iclası keçirilib. Tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri qatılıb.
"ÜAK heç zaman Rusiyanın maraqlarına zidd addım atmayıb"
“Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsində xüsusi fəallıq göstərən müəyyən anti-Azərbaycan qüvvələr var. Bu məsələlərin arxasında həmin qüvvələrin maraqları durur”.
Xədicə İsmayıl, sən kimsən?
2015-ci ildə "Azadlıq" radiosunun keçmiş prezidenti Ceffri Qodmin "The Boston Globe" qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. Qodmin vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələrinin əslində jurnalist yox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olduqlarını açıqlamışdı. O, jurnalistlərin MKİ tərəfindən "verbovka" olunduğunu, onlardan milli dövlətlərə qarşı istifadə olunduğunu açıq mətnlə dilə gətirmişdi. İndi Qodminin qələmə aldığı məqaləni xatırlayarkən, Azərbaycanda "beşinci kolon" təmsilçilərinin ən "parlaq" simalarından biri olan X. İsmayılın fəaliyyətinin nüvəsində hansı məqsədlərin yatdığı, onun bəzi "araşdırmalarında" hansı mənbələrdən yararlandığı və bu cızma-qaraların ərsəyə gəlməsində xarici xüsusi xidmət orqanlarının hansı rol oynadığı daha parlaq cizgilərlə ifadə olunur.
Prezident İlham Əliyevin adından İslam Həmrəyliyi Oyunları ilə əlaqədar İslam ölkələrinin nümayəndələrinin şərəfinə ziyafət təşkil olunub
Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin adından IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda olan İslam ölkələrinin nümayəndələrinin şərəfinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında rəsmi ziyafət təşkil edilib.







.jpg)






