Siyasət
Pentaqondan MÜHARİBƏ xəbərdarlığı
Cavanşir Salehov Kubada “Yaşadığımız dünya” radio verilişində
Azərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın “Habana Radio” 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan “Yaşadığımız dünya” radio verilişində iştirak edib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışaraq, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıldı.
Türkiyə və Azərbaycanın QARABAĞ PLANI…
Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri
On ərəb ölkəsinin bir yerdə Qətərlə diplomatik əlaqələri kəsməsi, onunla quru, hava və su yolunu bağlaması ekspertlərin marağına səbəb olub. Bu prosesin arxasında duran səbəblər və onun geosiyasi təsiri haqqında müxtəlif fikirlər irəli sürülür. Belə proqnozlar verilir ki, bütövlükdə müsəlman dünyasında qarşısıalınmaz və təhlükəli geosiyasi proseslərə təkan verilə bilər. Ayrıca ərəb ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi regionda terrorun və silahlı toqquşmaların daha da genişlənməsinə aparıb çıxara bilər. Geosiyasi aspektdə isə Yaxın Şərqin uzun müddət təhdidlər altında qalması ehtimalı daha çox narahatlıq yaradır.
Azərbaycandan gedənlər QARABAĞA YERLƏŞDİRİLİR: İrəvandan QORXUNC ADDIM
“Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”. Bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
“Bəzi ölkələr Qarabağ münaqişəsinə ikili standartlar nümayiş etdirir”
Bu gün baş nazir Artur Rasizadə Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Sven Mikseri qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən A. Rasizadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, eləcə də Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir.
Appaturay:"NATO ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır"
"NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır". Bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: “Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
“Aİ rəsmiləri yenidən Ermənistana aldanmaq kursunu götürüblər”
Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin birinci müavini Qaregin Melkonyan Yerevanda keçirilən “Ermənistan-Aİ münasibətləri və onların perspektivləri” konfransında indiki dövr üçün sensasiyalı hesab oluna bilinən açıqlama verdi. Nazir müavinin fikrincə, Ermənistanla Aİ arasında olan müqavilə ciddi yenilənməyə məruz qalmalıdır. İndi bəlli olur ki, Aİ ilə assosiativ müqavilənin imzalanması vaxtının uzanması nəyə görə dəyişdirilir. Ona görə, Ermənistan rəsmilərinin davranışından belə başa düşmək olar ki, heç bu ilin noyabr, dekabrında da Ermənistanla Aİ arasında sənəd imzalanmayacaq. Sadəcə Aİ rəsmilərinin bu fonda optimist rəy bildirməsi görünür özlərinin korporativ maraqlarına xidmət edir.
Küveyt KİV-ləri Azərbaycan haqqında yazır
Azərbaycanın Küveytdəki səfirliyi yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Səfir Elxan Qəhrəman mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verib.
Avropa İttifaqının komissarı Bakıya gələcək
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin mehriban qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib. E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub: “Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.
Ekspert: “Həmsədrlər bivec, hiyləgər və çirkin siyasətlə məşğuldurlar”
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin regiona növbəti, növbətçi səfəri başlayıb. Görəsən adlarını diplomat qoyan adamlar indiyə qədər gördükləri hansısa bir uğurlu işi dilə gətirə bilərlərmi? Bu günə kimi onlarla həmsədrlər görmüşük və onlar da vəzifədə olanda bir söz, vəzifədən çıxandan sonra isə "bülbül kimi" tam başqa məsələlərdən, münaqişənin yalnız və yalnız sülh yolu ilə mümkünlüyünü dilə gətirirlər.
Azərbaycanın Müdafiə naziri Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb
İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb. Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - Estoniya XİN başçısı
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". Bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunacaq"
Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib.














