Ermənilərin Azərbaycana göndərilməsi planının arxasında duran təhlükəli məqamlar
Təəssüflər olsun ki, hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq edilməkdə, ölkəmizin haqq səsi eşidilməməkdə, bu azmış kimi haqq işi uğrunda apardığımız mübarizəyə görə bizə təzyiqlər göstərilməkdədir. Son günlər cəbhə xəttində baş verən erməni təxribatı fonunda bunu aydın şəkildə görürük.
10 İyul 2017 12:54 SiyasətMəqsəd 1990-cı illin yanvar hadisələrini təkrarlamaqdır
Təəssüflər olsun ki, hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq edilməkdə, ölkəmizin haqq səsi eşidilməməkdə, bu azmış kimi haqq işi uğrunda apardığımız mübarizəyə görə bizə təzyiqlər göstərilməkdədir. Son günlər cəbhə xəttində baş verən erməni təxribatı fonunda bunu aydın şəkildə görürük. Müşahidə etdiyimiz mənzərə isə ondan ibarətdir ki, Azərbaycana yönəlik təzytiqlər əsasən iki istiqamətdən olur. Qərb və Rusiyadan. Bu günlər biz hər iki istiqamətdən Azərbaycana yönəlik təzyiqlərin şahidinə çevrilməkdəyik. Ötən həftə sonu ATƏT Parlament Assambleyasının toplantısında Azərbaycanla bağlı ədalətsiz yanaşmanın ortyaya qoyulması, Avropa Parlamentinin qərəzli addımı ilə paralel olaraq Rusiya da ölkəmizə qarşı müəyyən təsir vasitələrindən istifadə etməkdədir. Hər halda Moskvanın Rusiya vətəndaşı olan erməniəsilli şəxslərin Azərbaycana səfər etmək istəyinin reallaşdırılması barədə Bakıya vermiş olduğu absurd tövsiyyət belə deməyə əsas verir. Elə müstəqil ekspert Rövşən Məmmədi də bu qənaətdədir. Ekspert bildirib ki, ermənilər Füzuli rayonunun Alxanlı kəndində hərbi cinayətlər işlədib, dinc sakinləri, körpələri topdan, minaatandan atəşə tutub öldürdükdən sonra Moskva bizə qəribə bir irad tutdu: "Rusiyanın erməni əsilli vətəndaşlarını Bakıya buraxmırsınız. Çox qəribədir bu irad. Öncə ermənilər harada olur-olsun, bizim üçün ermənidirlər. Tarixən bizə qənim kəsilmiş, torpağımıza göz dikmiş yağı düşmənlərimizdir. İkincisi, görəsən 25-dən artıq olan bu erməni əsilli Rusiya vətəndaşı Azərbaycana nəyə gəlirdi?. Biz o qədər də sadəlövh deyilik ki, düşünək bu ermənilər buraya bizimlə dostluğa, yemək-içməyə gəlirlər. Onlar Rusiyanın hazırladığı xüsusi qruplardır və xüsusi məqsədlər daşıyırlar. Mümkündür ki, erməni-rus kəşfiyyatı bunu hazırlayır. Bakıda onlara qarşı təxribat törədib.dünyaya deyələr ki, baxın azərbaycanlılar erməniləri yola vermir, onlarla Qarabağ erməniləri bir yerdə yaşaya bilməz. Yaxud Rusiya mənim vətəndaşımın təhlükəsizliyini qorumadınız, bəhanəsi ilə hansısa addım atsın. Biz bunu 1990-cı ilin yanvar ayında əyani olaraq gördük. Yaxud Moskva daha gizli və xudbin gedişlərdə ola bilər". Ekspert onu da diqqətə çatdırıb ki, ermənilərin Azərbaycana gəlişi ilə əlaqədar məsələ bir neçə dəfə Azərbaycan və Rusiya arasında müzakirə olunub: "Belə olan halda Kremlin belə bir irad tutması anlaşılan deyil. Bu məsələni, Rusiyanı maraqlandıran halları aidiyyati qurumlarla sakit şəkildə müzakirə etmək olardı. Bu hal bir daha göstərir ki, Kreml hələ də bizim müstəqil dövlət olduğumuzu həzm etmək istəmir. Azərbaycanla Rusiya arasında 90-cı illərdə bağlanmış sazişdə ayrıca bənd var ki, tərəflər öz ərazilərində digər tərəfə qarşı heç bir fəaliyyətə dəstək vermirlər və onun qarşısını alırlar. Azərbaycan Sazişin bu bəndinə xüsusi diqqət göstərib, yetərincə əməl etdiyi halda, əksinə Rusiya bizə qarşı olan seperatçı qüvvələrə qucağını geniş açır, Rusiyada onların təşkilatları yaradılır, ofislə, kütləvi informasiya vasitələri ilə təmin edilir və əleyhimizə çıxış etməyə də təhrik olunurlar". Rövşən Məmmədli qeyd edib ki, ermənilərin Ermənistandan kənarda olan kəsimi də təşkilat və diasporalarda birləşib əleyhimizə böyük düşmənçilik işləri aparırlar: "Qarabağımızın işğalını əbədiləşdirməyə çalışırlar. Belə olan halda biz Ermənistandan kənarda yaşayan ermənilərə necə qucaq aça bilərik?. Bu Rusiya lap bizi deyəsən xam sayır. Kimlər içimizdən belə səhvlərə yol verir ki, Rusiya da bizi sözəbaxan sayır. Azərbaycanda yaşayan azsaylı xalqların içindən çıxan bir-iki dönüyün Rusiyada əleyhimizə təbliğat aparmasına böyük meydanlar açılır, seperatçı Qarabağ rejiminin Rusiyada nümayəndəliyini açılır, bu ölkədəki erməni diaspor təşkilatları əleyhimizə gündə bir tədbir keçirir. Şimal qonşumuz belə olan halda biz Rusiyanın erməni vətəndaşlarını ölkəmizə necə buraxa bilərik?. Ermənilər hər yerə getdikləri kimi Azərbaycana da gələ bilərlər. Ancaq bu şərtlə ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından çəkilib getməli, Dağlıq Qarabadakı erməni separatizminə son qoyulmalı, bu ərazilər Azərbaycanın tərkb hissəsinə qayıtmalıdır. Qarabağ həm tarixən, həm də beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz tərkib hissəsidir və orada yaşayan ermənilər də digər Azərbaycan vətəndaşları kimi Konstitusiyamıza uyğun davranmalıdırlar. Həmçinin Ermənistandan qovulmuş, hazırda Azərbaycanda və yaxın xaricdə yaşayan kökəncə ermənistanlı olan 6 milyon Azərbaycan Türkünə də sərbəst surətdə o ölkəy, Ermənistana gedib gəlmək imkanı yaradılmalıdır. Beləliklə Rusiyanın erməniləri Bakıya göndərib, sonra da bunu siyasiləşdirməsi, ictimailəşdirməsi mənasızdır. Rusiya özünə hörmət edən bir dövlətdirsə, onda gərək qonşularına da.xüsusilə ona həmişə diqqətli olan Azərbaycana hörmət etsin". Ekspert təəssüf hissi ilə qeyd edib ki, hələlik Rusiyadan ölkəmizə qarşı anoloji münasibəti görmürük: "Yəni Azərbaycanın Rusiyaya olan normal qonşuluq münasibətinə çimal qonşumuz adekvat cavab vermir"
Süleyman