Qərbin Qarabağ problemi fonunda Azərbaycana təsir imkanları
Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü artdıqca bir çox Qərb dairələri bundan ciddi narahatçılıq keçirməyə başlayır. Və avtomatik oiaraq ölkəmizə qarşı müəyyən təsir vasitələrindən istifadə edilməyə başlanılır. Bu təzyiqlər isə əsasən iki formada özünü göstərir. Biri Qarabağda vəziyyəti gərginləşdirməklə, digəri isə Qərbin, Avopanın siyasi institutları, təşkilatları vasitəsilə təzyiqlər yolu ilə.
10 İyul 2017 12:49 SiyasətMəqsəd ölkəmizin iqtisadi və hərbi qüdrətinə mane olmaqdır
Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü artdıqca bir çox Qərb dairələri bundan ciddi narahatçılıq keçirməyə başlayır. Və avtomatik oiaraq ölkəmizə qarşı müəyyən təsir vasitələrindən istifadə edilməyə başlanılır. Bu təzyiqlər isə əsasən iki formada özünü göstərir. Biri Qarabağda vəziyyəti gərginləşdirməklə, digəri isə Qərbin, Avopanın siyasi institutları, təşkilatları vasitəsilə təzyiqlər yolu ilə. Hazırda hər iki formada Azərbaycan bu təzyiqlərlə üzləşməkdədir. Son vaxtlar cəbhə xəttində erməni təxribatının artması, Füzuli rayonun Alxanlı kəndinə ermənilər tərəfindən raket zərbələrinin endirilməsi ilə mülki vətəndaşların hədəf alınması, atəşkəs rejiminin müntəzəm olaraq pozulması Qərbin Ermənistan vasitəsilə Qarabağ kartından istifadə etməklə Azərbaycana göstərdiyi təzyiqin bir hissəsidir. Paralel olaraq digər formada da ölkəmizə təzyiqlər göstərilir. Bunu da Avropa Parlamenti və ATƏT Parlament Assambleyasında keçirilən müzakirələr fonunda aydın görürük. Sözügedən qurumlarda erməni lobbisinin maraqlarına xidmət edən siyasilər, parlamentarilər açıq şəkildə Azərbaycanı hədəf seçərək müəyyən qətnamə, qərarların qəbul edilməsinə çalışmaqla ölkəmizin beynəlxalq aləmdəki imicinə. Siyasi nüfuzuna xərbə vurmaq istəyirlər. Düzdür, Azərbaycan həm uğurlu diplomatik gedişləri, həm də hərbi imkanları vasitəsilə bu təzyiqlərin qarşısını alsa da, təhlükənin tam aradan qalxdığını da söyləmək bir qədər tezdir. Cəbhədə cərəyan edən son proseslərdən görünən odur ki, Qarabağ münaqişəsinin nizamlanmasında, artıq danışıqlar prosesi dayanıb. Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, bu səbəbdən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü də sıradan bir görüş kimi yadda qalacaq. Politoloqoun sözlərinə görə, cəbhə xəttində vəziyyətin qeyri-stabil olması, davam edən erməni təxribatı fonunda belə bir görüş, yalnız Minsk qrupunun həmsədrlərinə lazımdır: "Hazırda Azərbaycan Ermənistan ordusuna ciddi zərbələr vurur. Yalnız, bu, mövqe döyüşləridir. Niyə, rəsmi Bakı irəli getmir və işğalçı qoşunu yaşayış məskənlərinin yaxınlığından uzaqlaşdırmır?! Təbii ki, rəsmi Bakı buna getmək istəyir. Ancaq Qərb-Rusiya tandemi buna imkan vermir. Azərbaycan Aprel ayı buna cəhd etdi və uğurlu əməliyyatlsr həyata keçirdi. Bir sıra strateji yüksəkliklər və bəzi ərazilərə nəzarəti ələ aldı. Nəticədə Moskva, Qərb və Birləşmiş Ştatlardan gizli diplomatik təzyiqlərlənən üzləşdi". Məhəmməd Əsədullazadə bildirib ki, hazırda ordumuz yenidən hərbi əməliyyatlara başlayıb, işğalçı ordunu ərazidən təmizləməyə qadirdir: "O zaman Qərb və Rusiya yenidən üzərimizə gələcək. Qeyd edim ki, Rusiya faktoru var, amma bu həlledici amil deyil. Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa, Qərb neytral qalarsa, mümkün nailiyyətlər əldə etmək olar. Təbii ki, Rusiya Ermənistanın müttəfiqidir, amma Azərbaycana silah satır və
həmin silahlarla torpaqlarımızda elə rusun müttəfiqi erməni ordusunu hədəfə alırıq. Qərb isə, Azərbaycana silah satışı embarqosu qoyub. Ermənistana siyasi dəstək verir. Qeyd edək ki, Azərbaycan iqtisadi cəhətdən, əsasən neft gəlirlərindən Qərbdən asılıdır. Azərbaycan işğal olunmuş ərazilərin işğaldan azad etməyə başlasa, Qərb ölkəmizə qarşı iqtisadi -neft alışına sanksiyalar tətbiq edəcək. Azərbaycan hakimiyyəti, Qərblə neft-qaz memorandumu bağlayanda müharibə etməmək şərtini üzərinə götürüb. Təbii ki, bu Qərbin bizə təzyiq siyasətidir. Qarabağ separatçılarının Qərb ölkələrində necə qarşılandığı və buradakı bəzi ölkələrin Qarabağda şirkətlər yaratması, məhz Qərbin bu siyasətinin tərkib hissəsidir. Ermənistan Qərb və Rusiyaya güvənərək işğalı davam etdirir. Təbii ki, erməni lobbisi də münaqişənin həllinə ciddi maneə olur". Politoloq hesab edir ki, Azərbaycan hakimiyyəti Qərb ölkələri ilə sıx diplomatik əlaqələri inkişaf etdirməli və çalışmalıdır ki, Qarabağ separatçılarının Avropaya çıxışna yasaq qoyulsun: "Qarabağda Qərb şirkətlərinin fəaliyyətini dayandırsın və hərbi əməliyyatlar zamanı gözlənilən sanksiyaları sıfıra endirsin. Bu, müəyyən qədər vaxt və diplomatik iş tələb edir. İqtidar, bu istiqamətdə siyasətin çevik qurmalıdır. Avropa birmənalı şəkildə Azərbaycanın güc yolu ilə ərazilərin qaytarılmasının əleyhinədir. Buna baxmayaraq, diplomatik işi bu istiqamətdə qurub, cəbhədə işğalçıya ciddi təzyiqlər edilməlidir. Münaqişə uzandıqca, Qərb daha da status-kvonu qoruyacaq. Rusiya-Qərbin Azərbaycana siyasəti ortaq-məxrəcdən ibarətdir".
Məhəmməd