Siyasət
“Münaqişənin həlindən danışmaq nağıldır”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb. Avropa Şurasının Bakıdakı ofisindən bildirilib ki, səfər zamanı həmməruzəçilər ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmən sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.
"Azərbaycan dövlətinin varlığı Milli Qurtuluş Günü ilə bağlıdır"
"Azərbaycanda bir çox rəsmi və qeyri-rəsmi bayramlar qeyd olunur. Lakin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixinin ən önəmli bayramlarından biridir. Çünki 15 iyun tarixi olmasaydı, bu gün müasir, qüdrətli Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi”. Bunu YAP Siyasi Şurasının üzvü, “ İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır
Azərbaycan on ildən artıqdır ki, özünün sürətli inkişaf dövrünü yaşayır. Ötən illər ərzində bütün sahələrdə müşahidə edilən uğurlar, nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki yeri və rolunu artırmaqla yanaşı, onu regionun lider dövlətinə də çevirdi. Sevindirici hal ondan ibarətdir ki, bu müsbət tendensiya günümüzdə də davam edir. Heç şübhəsiz ki, bütün bu uğurlara Cənab İlham Əliyevin ötən il 13 il ərzindəki prezidentliyi dövründə nail olunub.
Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Avropa İttifaqı vizanın ləğvi üçün Azərbaycandan müraciət gözləyir
Azərbaycan viza rejiminin ləğvi ilə bağlı bizə rəsmi müraciət etməyib. Bunu özəl açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.
Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək
Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.
Nazir: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.
Tbilisi-Bakı münasibətləri strateji xarakter kəsb edir
Məkirli planlarının puça çıxmasına baxmayaraq hələ də antiAzərbaycan şəbəkə Tbilisi ilə Bakı arasında münasibətlərə zərbə vurmaq istiqamətində fəaliyyətini davam etdirir. Xaricdəki erməni lobbisinin hazırladığı ssenari əsasında çirkli pulları Gürcüstan üzərindən Azərbaycana keçirmək, növbəti mərhələdə isə ölkədə törətdikləri təxribatlara rəsmi Tblisini də şərik çıxarmaq planları ifşa edildikdən sonra, “suda boğulan saman çöpündən yapışar” prinsipi ilə yaşayan məlum şəbəkə hər şeydən əli üzüldüyündən indi də iki ölkənin rəsmi şəxsləri və qurumlarının məlum hadisə ilə bağlı yaydığı açıqlamaları öz maraqlarına uyğun şərh edərək onu cəmiyyətə çatdırır, ictimaiyyət arasında mənfi fikir formalaşdırmağa çalışır.
TN: İndiyədək 140 min müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb
Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib.
Nazir müavini: "Avropa İttifaqı ilə sazişi Brüssel sammitinə qədər razılaşdıracağımızı düşünmürəm"
Sabah və o biri gün Bakıda Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar keçiriləcək. Danışıqlar iki istiqamət - birincisi, siyasi və təhlükəsizlik, ikincisi isə ticarət və investisiya məsələləri üzrə aparılacaq. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini bildirib ki, ola bilsin, bu ayın sonuna kimi hansısa istiqamət üzrə video-konfrans da keçirilsin və iyulun birinci yarısına qədər müzakirələr davam etdirilsin.
Həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb. Bu barədə Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.
Aİ: "İnsan alveri fundamental hüquqları təhlükə altına qoyur"
İnsan alveri bütün dünyanı, o cümlədən Avropa İttifaqını (Aİ) və insanların fundamental hüquqlarını təhlükə altına qoyur. Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bu gün "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsinin açılış mərasimində deyib.
100-dən çox qızı və meyitini zorlayan qatildən QANDONDURAN İFADƏ: "Onu mismarçəkənlə... "
1970-ci illərdə 100-dən çox qadını amansızca qətlə yetirən Rodni Alkala haqqında maraqlı faktlar ortaya çıxıb. ABŞ polisi aparılan araşdırmalarda Rodni Alkalaya aid fotoalbom tapıb. İlkin məlumatlara görə, bu albomda Rodni tərəfindən öldürülən və haqqında bu günə qədər heç bir məlumat olmayan qızların şəkilləri toplanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub. Yeni rəis müavinləri Mehdi Dadaşov və Fariz Rzayevdir.
Türkmənistan Azərbaycana yeni səfiri təyin etdi
İyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb.













