Rusiyadan Azərbaycana raket mərmiləri gətirildi- VİDEO
Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.
10 İyul 2017 11:50 SiyasətRusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.