Siyasət

Fələstin səfiri: “Bu gün Azərbaycan bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir”

13 İyun 2017 15:41

“Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz”.

Oqtay Əsədov: “Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi onun arxasında korrupsiyanın olduğunu düşünürük”

13 İyun 2017 15:09

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “laylar” xəbər verir ki, layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur.

Siyavuş Novruzov siyasi partiyalarla bağlı cəzaların sərtləşdirilməsini təklif edib

13 İyun 2017 14:25

“Həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı məsələyə baxılmalıdır. Bu yaxınlarda Baş Prokurorluq açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır”.

Azərbaycan XİN əcnəbiləri Qarabağda planlaşdırılan beynəlxalq konfransda iştirakdan çəkinməyə çağırıb

13 İyun 2017 13:50

"Bu il 14-17 sentyabr tarixində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir”.

Azər Həsrət: “Həmsədrlərin işi kababdan yeyib öz ölkələrinə qayıtmaqdır”

13 İyun 2017 13:27

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri də sıradan bir səfərdir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, onların gəlib-getməsi necə ki, ötən illər ərzində heç nəyi dəyişməyib, bu dəfə də elə olacaq: “Çünki bu adamlar faktiki olaraq real heç nə edə bilmirlər.

Mübariz Qurbanlı: “Milli Qurtuluş Günü Azərbaycanı xaosdan intibaha apardı”

13 İyun 2017 13:22

"Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həqiqi mənada, tarixi, ümummilli və siyasi baxımdan da Milli Qurtuluş Günü kimi qeyd olunur. 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyil. Bu, tarixi hadisələrdən nəticələrin ümumiləşdirilməsi əsasında əldə olunan qərardır və qərar həmin dövrün deputatlarının təklifi əsasında aparılan geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edilib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Yaqub Mahmudov: "Hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil"

13 İyun 2017 12:36

"Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil". Bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycanın KİV nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" təşkil edilən təbliğat kurslarında deyib. 

Prezident İlham Əliyev: "İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib"

13 İyun 2017 12:33

İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

İlham Əliyev: "Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik"

13 İyun 2017 12:27

Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik. Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

Elman Məmmədov: “Region üçün ən böyük təhlükə Ermənistandır”

13 İyun 2017 12:04

“Region üçün ən böyük təhlükə Ermənistandır”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı digər region dövlətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir.

Nazir: "Azıx mağarası ətrafında məntiqə sığmayan proseslər gedir"

13 İyun 2017 12:02

"Azıx mağarası ətrafında heç bir məntiqə sığmayan proseslər gedir". Bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Qobustan Milli Tarix Qoruğunun yaradılmasının 50 illik yubileyində deyib. Nazir bildirib ki, Azərbaycan alimləri yenidən həmin məkanı tədqiq etməyə imkan tapacaqlar: "Azərbaycanda dövlət tərəfindən təsis olunan çoxlu qoruq var.

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

13 İyun 2017 11:51

İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. 

Prezident İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

13 İyun 2017 11:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Universitetdə partlayış törədildi: professor yaralandı

13 İyun 2017 11:17

Cənubi Koreyanın paytaxtında "Yonsey" universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.

Sədaqət Vəliyeva: İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir- AÇIQLAMA

13 İyun 2017 11:14

“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir”.