Siyasət
Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutur
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
“ATƏT MQ həmsədrlərinin deportasiya məsələsini BMT TŞ qarşısında qaldırması çox faydalıdır”
Ermənistan prezidenti S.Sərkisyan Tavuş rayonun Koxb kəndində Tumo məktəbinin təməlinin qoyulma mərasimində iştirak zamanı diqqət çəkən bəyanat verdi: Bu məktəbdə Azərbaycan və Gürcüstan vətəndaşları da təhsil ala bilərlər. S.Sərkisyan bəyanatının sonunda ritorik sual da verdi: Niyə də yox?!
Ermənistanın Naxçıvanla bağlı XAİN PLANI: Daşnaklar işğal üçün HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən gündəmə gətirib. Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi narahatlığa səbəb olub.
Azərbaycan dövlətinin əsası məhz 15 iyun tarixində qoyulub"
"Təsadüfi deyil ki, 15 iyun müasir dövlətçilik tariximizə xalqımızın, dövlətçiliyimizin xilas tarixi kimi yazılıb. Müstəqilliyimizin ilk illərində baş verən hadisələri bir daha yada salsaq, onda Qurtuluş Gününün əhəməyyətini daha yaxşı dərk edərik". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
Sədaqət Vəliyeva: "Qanun vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin edəcək"
“İşsizlikdən sığorta haqqında” Qanun iş yerini itirmiş vətəndaşlarımızın hüquqlarını daha etibarlı şəkildə təmin etməklə, onların sosial müdafiəsinin gücləndirilməsinə və əlbəttə ki, işəgötürənlərin də işçilərə münasibətdə hüquqlarını müəyyənləşdirmiş olacaq”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Putini devirmək PLANI, müharibənin bitəcəyi VAXT...
Prezident Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Prezident: “Azərbaycanda gömrük rüsumlarının yığımı artıb” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDBİcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.
AŞ PA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar
İyunun 13-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Olaylar” abildirilib ki, görüşdə Azərbaycan və Avropa Şurasının səmərəli əməkdaşlıq etdiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Ramil Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib
Prezident İlham Əliyev Ramil Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Vüqar Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib
Prezident İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
İyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTxarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam edir
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.
Deputatımız AŞ PA-nın komitə iclasına qatılacaq
Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə səfər edib.
Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.














