Siyasət
Möhtəşəm Qayıdış
Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.
Azər Badamov: "15 iyun tariximizə qızıl hərflərlə yazılıb"
“Havadarlarının dəstəyinə arxalanaraq torpaqlarımızı işğal edən ermənilərin törətdiyi qırğınların miqyası genişlənirdi, digər tərəfdən isə Gəncə qiyamı Bakıya gəlib çatırdı”. Bu sözləri millət vəkili Azər Badamov deyib.
NATO rəsmisi Qarabağda vəziyyəti "soyuq müharibə" dövrünün SSRİ-ABŞ münasibətləri ilə müqayisə edib
"Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil". Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Deputat: “Müharibə ehtimalı qaçılmazdır”
Ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar. Ermənilər belə iddialarla çıxış ediblər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir.
Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
“Milli Qurtuluş Günü ölkəmizin xilas günüdür”
“15 İyun – Milli Qurtuluş Günü ölkəmizin xaosdan və yer üzündən silinmə təhlükəsindən xilas günüdür”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon Təşkilatının sədri, Milli məclisin deputatı Şəmsəddin Hacıyev deyib.
Baş nazirin müavini: “Həmsədrlər vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”
"ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalıdırlar. Vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
Necdet Ünüvar: "Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq"
Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib. N.Ünüvar Trend-ə açıqlamasında bildirib ki, hazırda bəzi qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə məkrli planlarının olması hər kəsə məlumdur: "Bunlara baxmayaraq, Azərbaycan və Türkiyə hər zaman parlamağa, inkişaf etməyə davam edəcəklər".
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib
Prezident İlham Əliyev O.Ə.Həziyevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Əli Əhmədov: "İcbari tibbi sığorta haqları vətəndaşlar üçün məqbul səviyyədə olmalıdır"
"Mingəçevir və Yevlaxda icbabi tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi bunun bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır". Bunu baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, icbari tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda xidmət haqları açıqlanacaq: "Bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, öncə icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin.
Milli Məclis sədrinin I müavini: “Həmsədrlərin regiona səfərlərindən heç nə gözləmirəm”
“ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti üzərindən atırlar. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyək. Ona görə də Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərlərindən heç nə gözləmirəm”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Əli Əhmədov: "İqtisadiyyatımız yeni mərhələyə keçəcək, yeni imkanlar əldə edəcək"
"Heydər Əliyevin möhtəşəm qayıdışı, Milli Qurtuluş baş tutmasaydı, indi tamam fərqli Azərbaycanda yaşayırdıq. O Azərbaycan bu gün fəxr duyduğumuz Azərbaycandan fərqli olacaqdı". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı tədbirdə baş nazirin müavini, YAP icraçı katibi Əli Əhmədov söyləyib.
Ziyafət Əsgərov: “Rusiya-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur"
“Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur”. Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Həmsədrlərin Ermənistan maraqlarına xidmət edən səfəri
Hazırda regionda müşahidə edilən tendensiya Qarabağ məsələsində hərbi hərəkətliliyin artdığından ibarətdir. Bir tərəfdən Rusiya Ermənistanı yeni silahlar, hərbi texnika ilə təmin etdiyi halda, digər tərəfdə Azərbaycan gözlənilən təhdidlərə qarşı önləm alaraq müntəzəm olaraq hərbi təlimlər keçirir. Bir müddət əvvəl Silahlı Qüvvələrin keçirdiyi irimiqyaslı həbi təlimlərin ardınca Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında növbəti təlim keçirib.
Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim etdi
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti Mişel Baçeletə təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb. Prezident M.Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.














