Siyasət
Əbülfəs Qarayev: “İşğalçı qonşularımız mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışır”
“Qonşu dövlət Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında milli sərvətlərimizin, tarixi abidələrin dağıdılması ilə məşğuldur. Artıq bu nümunə münaqişədə kimin günahkar olduğunu aydın göstərir”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının açılış mərasimində deyib.
Metyu Brayza: “ABŞ rəhbərliyində Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq siyasətçi yoxdur”
“Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Azərbaycan nəqliyyat-tranzit imkanlarının artırılmasına böyük həcmdə sərmayə yatırır"
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsini yayımlayıb.
Əfqan Muxtarlı ilə bağlı qətnaməyə XİN-dən reaksiya
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib. XİN nümayəndəsi qətnaməni qərəzli adlandırıb: "2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.
Əli Həsənov: “Çətinliklərin çoxu arxada qalıb”
“Dayanıqlı İnkişaf Məqsədləri Proqramının təməl prinsipləri əməkdaşlıqdan ibarətdir. Müstəqillik illərində əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində ölkə çətin durumda idi, Ermənistan tərəfindən torpaqlar işğal edilmişdi, ölkə daxilində qeyri-sabitlik hökm sürürdü. Çətinliklərin çoxu arxada qalıb. Azərbaycan təhlükəsiz və sabit ictimai-siyasi mühitə malik dövlətdir”.
Aİ nümayəndəsi: “Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”
“Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”. Bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis “Caucasus İnternational” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Bu, yeni bir tarixin başlanğıcı oldu”
Bu gün Azərbaycanda qurtuluş günü qeyd olunur. Millət vəkili Aydın Mirzəzadə bu bayramın əhəmiyyətinə toxunub. Həmin illəri yaxşı xatırladığını deyən deputat siyasi böhran içində olan ölkədə 15 iyunadək təhlükəsizlik olmadığını bildirib: “O vaxt ölkədə stabillik pozulmuşdu. Cəmiyyətin hakimiyyətə inamı gündən-günə zəifləyirdi. Qeyri-qanuni birləşmələrin sayı durmadan artırdı. Bu da ölkədə separatizmin güclənməsinə şərait yaradırdı. Kriminal mühit çox güclənmişdi. Təhlükəsizlik yox idi. Müstəqillik tükdən asılı bir vəziyyətdəydi. Bununla belə cəmiyyətin inandığı bir insan var idi - Ulu öndər Heydər Əliyev. 1992-ci ildə artıq Heydər Əliyevin adı ilə bağlı bir siyasi partiya - Yeni Azərbaycan Partiyası yarandı. Tez bir zamanda bu partiyanın şəhər və rayonlar üzrə təşkilatları formalaşdı. Mən də həmin vaxt Mingəçevir şəhər təşkilatında siyasi fəaliyyətə başladım”.
Kuba mətbuatında Azərbaycanın Milli Qurtuluş Günü
Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan və istinad edilən internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – xalqımızın Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfirliyindən “Olaylar” – a bildirilib ki, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilmiş, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilmişdi.
Prezident İlham Əliyev “John Deere” şirkətinin rəhbərini qəbul edib - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib. Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini dedi, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd etdi.
İlham Əliyev Martin Çunqonqu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirdi. Qonaq qeyd etdi ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirdi. Ölkəmiz haqqında həmişə yaxşı məlumatlar eşitdiyini deyən Martin Çunqonq bu həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd etdi.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kənd yolunun açılışında iştirak edib
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir"
"Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı kən sakini Oqtay Həziyevin ailə üzvləri görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür.
Moldova prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub. Diplomatik mənbələrdən daxil olan məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq. Səfər proqramı hələlik açıqlanmayıb.














