Siyasət
Elmar Məmmədyarov: "Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır"
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İcraçı direktor: "ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayətinin müsbət həllinə ümid edir"
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir. Milli.Az xəbər verir ki, bunu ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib.
Ziyafət Əsgərov: “Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir”
“Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır”.
Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri
Artıq birmənalı şəkildə əksəriyyət beynəlxalq təşkilatlar və onların rəsmiləri açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən mövqe ortaya qoyur, sərgiləyirlər. Sanki ATƏT-in Minsk qrupunun həmsədrlərindən ilham almış kimi regiona səfər edən hər bir beynəlxalq təşkilat rəsmisi öz qərəzli, beynəlxalq hüquqa zidd və Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar, bəyanatlar verməklə bir növ işğalçı ölkəyə dəstək nümayiş etdirirlər. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Qarabağda separatçı rejimin hərbiçiləri ilə görüşməsi də erməni maraqlarına xidmət edən addımlardan biri idi. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu mənfi tendensiya yenə də davam edir və bir-birini təkrarlayır.
“Həmsədrlərin regiona səfəri işçi xarakter daşıyır”
“ATƏT-in Minsk qrupunun regiona səfəri çox vaxt işçi və banal xarakter daşıyır”. Bunu politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeyi aydındır: “Həmçinin Rusiya, ABŞ və Fransanın da yanaşması bəllidir. Dağlıq Qarabağ münaqişəsi dünyanın yeganə münaqişəsidir ki, dünyada bir-birinə qarşı daim mübarizə aparan güclərin bu münaqişə ilə bağlı maraqları üst-üstə düşür. Belə olan təqdirdə biz hansı proqresdən danışa bilərik?”.
Ermənistanda kim daha səmimidir – Baş nazir qayınata, yoxsa nazir müavini kürəkən?
Türkmənistanda enerji xartiyasına həsr olunmuş beynəlxalq forumda Ermənistanı enerji və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan təmsil etdi. O, Rusiya- Gürcüstan-Ermənistan - İran elektrik nəqli layihəsinin reallaşması imkanları barədə məlumat verdi. Eləcə də açıq şəkildə etiraf etdi ki, hələlik İran-Ermənistan-Gürcüstan qaz nəqli barədə ciddi bir razılaşma yoxdur, infrastrukturlar da hazır deyil.
Bahar Muradova: “Azərbaycan regional və beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edib”
“Hər bir cəmiyyətin qarşısında duran əsas məqsəd dayanıqlı inkşafı təmin etməkdir. Azərbaycan bütün mənalarda götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşıb. Ölkədə təhlükəsizlik və sülh mühiti mövcud olmalıdır, belə olmasa, inkişafa nail olmaq mümkün deyil”.
Sabiq amerikalı həmsədr: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”
“Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”.
Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsi üçün səylər göstərməyə hazırıq” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Metyu Brayza: “ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq”
“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”. Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
Kolumbiyanın xarici işlər naziri Azərbaycanda işgüzar səfərdədir
Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin 16-19 iyun 2017-ci il tarixlərində Azərbaycanda işgüzar səfərdədir. Bu barədə XİN-dən “Olaylar2a verilən məlumata görə, səfər əsnasında nazir Maria Anxela Olginin 16 iyunda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Həmçinin, Azərbaycana səfər çərçivəsində nazir Maria Anxela Olgin regionlara səfər edəcəkdir. Mətbuat konfransı nəzərdə tutulmayıb.
Rusiya və İrana qarşı Qərbin sərt xətt siyasəti Azərbaycanın ABŞ üçün önəmini artıracaq
“ABŞ senatının Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməsi və İrana qarşı bu istiqamətdə çalışmalar başlanılması, regionda yeni siyasi situasiyanı dəyişəcək”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Cəbhə xəttində gərginlik artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
“OLAYLAR”-ın Müdafiə Nazirkiyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.














