Siyasət
Ermənistanın siyasi təxribatı
Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 sentyabr, 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə tutulub. Ermənistan İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək bu konfransın məqsədi guya gənc alim və mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.
Cocuq Mərcanlıda 6891 ədəd qəlpə tapıldı
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində 13-18 iyun 2017-ci il tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır (Cəmi: 223 355 kv.m (22.34 ha)). Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı SON BƏYANAT
Ermənistan ordusu daha bir itki verdi – DÜŞMƏN TƏŞVİŞDƏ
Bu gün səhər saat 09:40-də təmas xəttində daha bir erməni əsgər məhv edilib. Öldürülən erməni əsgər 1997-ci il təvəllüdlü Tiqran Qasparyandır.
Prezident səhiyyə işçilərinə fəxri adlar verib - SİYAHI
Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Millət vəkili: Azərbaycan Aİ-nin üzvü olmadığından Avropa Parlamentinin qətnaməsinin hüquqi yükü yoxdur
"Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var".
Fidan Qasımova "İstiqlal" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev F.Ə.Qasımovanın "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 624-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
"Vətəndaşların müraciətləri haqqında" qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 623-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Alman ekspert: Ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun
BMT beynəlxalq hüquqa əməl etməyən və bu beynəlxalq təşkilatın qərarlarını yerinə yetirməyən ölkələrə təzyiq göstərməlidir. Bunu Bakıda Almaniyanın Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hayns Ermənistan tərəfindən uzun illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə münasibət bildirərkən deyib.
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Həsən Ruhani prezident İlham Əliyevə məktub göndərib
İran İslam Respublikasının prezidenti Həsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: "Zati-aliləri. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılmış və minnətdarlıqla qarşılanıb. Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.
“Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov iyunun 16-da Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

.jpg)











