Siyasət

Ermənilər 133 dəfə atəşkəsi pozub

17 İyul 2017 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ermənistan güzəştə getmək istəmir

17 İyul 2017 12:22

ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN görüşündə Qarabağ konfliktinin həlli istiqamətində mümkün danışıqlar prosesini davam etdirilməsi razılaşdırılsa da, il ərzində hər hansı bir müsbət irəliləyişləşlərin gözlənilmir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Riqada Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub

17 İyul 2017 12:03

Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

XİN: Qanunsuz “parlament”in saxta “prezident seçki”si keçirməsi özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil

17 İyul 2017 11:44

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixində keçirilmiş qurama “seçkilər”, 20 fevral 2017-cı il tarixində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyil. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər". 

Musa Qasımlı: “Səfər əməkdaşlığın inkişafında yeni səhifə açacaq”

17 İyul 2017 11:22

"Cənab Prezidentimiz İlham Əliyevin Latviyaya səfəri dövlətimizin bu region ölkələri ilə münasibətlərinin inkişafına verdiyi xüsusi diqqətin nümunəsidir”. Bunu  millət vəkili Musa Qasımlı deyib.

Qarabağdan SON XƏBƏR

17 İyul 2017 07:20

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə gəlib

16 İyul 2017 18:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

15 iyul çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanət idi

14 İyul 2017 19:24

2016-cı il iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd bütün türk dünyasının əbədi yaddaşına həkk olundu. Ona görə ki, dövlət çevrilişinə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu.