Siyasət
İmişlidə avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edilib
Əli Həsənov: Heç kim xalqın iradəsinə qalib gələ bilməz və xalqın iradəsi bütün iradələrdən üstündür
Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş "15 iyul dastanı" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak ediblər.
Prezident akademik Həsən Abdullayevin 100 illik yubileyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. 2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür"
"FETÖ terror təşkilatının rəhbəri Amerikada, Pensilvaniyada oturur. Amerika-Türkiyə münasibətləri baxımından Fətullah Gülən həbs edilməlidir". Bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.
"Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi"
"Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çerilişinə cəhd, Vətənə ən boyük xəyanət idi". Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrukçü iyulun 14-də səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Prezident yenilənmiş dövlət büdcəsini təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib. Qanunda edilən dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirləri 16,766 mlrd. manat, xərcləri 17,941 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 mlrd. 119,015 mln. manat, yerli gəlirləri 646,985 mln. manat, mərkəzləşdirilmiş xərcləri 17 mlrd. 219,758 mln. manat, yerli xərcləri 721,242 mln. manat) məbləğində təsdiq edilib.
Norveç XİN: "Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir"
Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.
Türkiyə baş nazirinin müavini: "İki yaşlı Zəhranın öldürülməsi beynəlxalq cinayətdir"
"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir". Bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib. N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir.
Jirinovski: "Ermənistanla birləşmiş qoşun qruplaşması Rusiya komandanlığı altında olmalıdır"
"Rusiya Federasiyası və Ermənistan birləşmiş qoşun qruplaşması istisnasız olaraq Rusiya komandanlığı altında olmalıdır". Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı bəyan edib.
Azərbaycan prezidenti türkiyəli həmkarına məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Türkiyəli zabitlərin ölkəmizə səfəri başa çatıb
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Əsl liderliyin nümunəsi
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.
“Rusiya mətbuatı 2 yaşlı körpənin ölümünə laqeyd münasibət göstərdi”
“Füzuli rayonunun Alxanlı kəndinin işğalçı ermənilər tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin, o cümlədən 2 yaşlı körpənin ölümü bütün dünya mətbuatında geniş müzakirə olundu. Avropa mətbuatının və təşkilatlarının bu məsələyə münasibəti xüsusi diqqət cəlb edir. Amma Rusiyanın mətbuatı və ictimai-siyasi mühiti isə tamamilə əks təəssürat yaradır”.
Rusiya Dövlət Duması Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib
Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir.













