Siyasət

AKP sədrinin müavini FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəni diqqətli olmağa çağırıb

14 İyul 2017 13:40

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKPi) sədr müavini, partiya sözçüsü Mahir Ünal bir qrup xarici media mənsubu ilə görüşüb.

AKP sədrinin müavini: "Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib"

14 İyul 2017 13:36

"Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə ki, xaricdən dəstəklənib". Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib. 

“Azərbaycan prezidentinin ismarıclarının əsas hədəfi....”

14 İyul 2017 13:18

Dağlıq Qarabağ problemi ətrafında hələ də qeyri-müəyyənlik davam edir. Bir tərəfdən ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində danışıqlar prosesini bərpa etməyə çalışır, digər tərəfdən isə Ermənistan yenə də öz ərköyünlüyü ilə bu prosesə zərbə vurmaq, danışıqlar prosesini əngəlləmək siyasəti həyata keçirir. Hər halda müntəzəm olaraq cəbhə xəttində Ermənistanın həyata keçirdiyi təxribatlar, ən son iyulun 4-də yaşanan olaylar, eləcə də qondarma rejimdə nəzərdə tutulan “prezident seçkiləri” belə deməyə əsas verir.

Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb

14 İyul 2017 13:15

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva  Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü Emine Bozkurtla görüşüb.

Rusiya XİN-in internet resursları haker hücumuna məruz qalıb

14 İyul 2017 13:00

Rusiya Xarici İşlər Nazirliyinin elektron poçtu güclü haker hücumuna məruz qalıb. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

Rusiya XİN: Diplomatların ölkədən çıxarılması ilə bağlı Vaşinqtona cavab verməyə hazırıq

14 İyul 2017 12:56

"Moskva Vaşinqtona diplomatik əmlakın və diplomatların ölkədən çıxarılması məsələsi ilə bağlı cavab verməyə hazırdır". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Terrorçuluqla mübarizədə Azərbaycan da bizə dəstək olub"

14 İyul 2017 12:48

"İraq ərazisində demək olar ki, İŞİD terrorçuları qalmayıb". Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fədhil Avad Cebur əl-Şuvayli Mosulun İŞİD qruplaşmasından azad olunması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.   

Zəhra diaspora təşkilatlarını bir araya gətirdi

14 İyul 2017 12:18

Uzun müddət idi ki, dünya azərbaycanlılarının “çəkici bir zindana vurmq” arzusunun reallaşması həsrətində idik. Nəhayət Azərbaycan müstəqillik əldə etdikdən, xüsusən ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli addımlar atıldı.

Deputat: "Məmurlar xalqın ağası deyil, qulluqçusudur"

14 İyul 2017 12:07

“Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunması çox vacib və lazımlı idi. Hər kəs ölkə başçısının söylədiklərindən nəticə çıxarmalıdır”. Bunu  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Ekspert: “Biz "buzu sındırmağı" bacarmışıq”

14 İyul 2017 12:05

“Son vaxtlar məndə belə təəssürat yaranıb ki, bəzi ölkələr, hansılar ki, Azərbaycanın uğurlarından bərk narahatçılıq keçirirlər, onların əsas iş-güclərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasıdır. Çünki, onlar son illər ölkəmizdə gedən xeyli sayda inkişafı və irəliləyişi görüb, sanki bir qısqanclıq, paxıllıq hissi yaşayırlar. Məhz ona görə də, onlar Qarabağ məsələsində həm tələsmirlər, həm də bu münaqişənin uzanmasına bəzi səylər göstərirlər. Bəli, mən də hesab edirəm ki, əgər bu süni yaradılmış münaqişə olmasaydı, indi biz bəlkə də dünyanın ən inkişaf etmiş nöqtələrindən biri olardıq. Ola bilsin ki, mənim bu fikirlərim kimlərəsə bir qədər pafoslu görünsün, amma düşünrəm ki, məhz Dağlıq Qarabağ münaqişəsi bizə bir çox işlərimizdə kifayət qədər maddi və mənəvi zərər vurdu”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Politoloq: “Ermənistan faşizmin müasir dövrdə olan ölkəsidir"

14 İyul 2017 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı xüsusi ilə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqların predimenti olmayıb və heç bir zaman da olmaycaq. Bu sözlər birdaha onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun və Azərbaycanın tarixi torpağı olan və dünyanın bütün beynəlxalq təşkilatlarının və dövlətlərinin Azərbaycanın ərazisi olaraq tanıdığı və təsdiq elədiyi Dağlıq Qarabağ və ətraf rayonlar hansısa bir işğalçı dövlətin ərazsi olsun ya da qondarma bir dövlət halında dünyaya təqdim edilsin”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Aprel döyüşündə Şoyqu mənə zəng edib dedi ki... - General

14 İyul 2017 12:01

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Qeyd edək ki, bu, Həsənovun nazir postunda xarici mətbuata verdiyi ilk geniş müsahibəsidir. 

Anar Ələkbərov: "Harada baş verməsindən asılı olmayaraq, terrorizm bəşəriyyətə qarşı bir cinayətdir"

14 İyul 2017 11:53

"Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir". Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində bildirib.

Yerevan Qarabağ danışıqlarına növbəti zərbə vuracaq

14 İyul 2017 11:35

“Ermənistanla hazırda çox ciddi şəkildə müharibə şəraitindəyik. Hər hansı bir ölkə vətəndaşı olan ermənilərin ölkəmizə gəlişi də yasaqlanıb və buna çox ciddi şəkildə nəzarət edilir”.

Cəbhədə gərginlik səngimir

14 İyul 2017 11:34

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.