Siyasət
Elmar Məmmədyarov: "Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb"
"Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb". Bunu Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır"
"Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.
Azərbaycanın torpaq, insan itkisini kompensasiya edəcək bir razılaşma yoxdur
Yenə Azərbaycana qarşı ikili standartlar, haqq və hüququmuzun tanınmaması, hətta bir çox hallarda tapdalanması kimi mənfi situasiya ilə baş-başayıq. Özü də bu proses sanki mərhələli şəkildə, ötür-ötür oyunu ilə davam edir. Əgər bir müddət əvvəl Azərbaycan Qərbdən, Avropadan bu cür yanaşma, qeyri-obyektiv mövqe ilə qarşılaşırdısa, indi Qərbi, Avropanı şimal qonşumuz əvəzləyib. Yanaşma, Azərbaycanın mövqeyinə sayğısızlıq indi daha çox Rusiyadan müşahidə edilir.
Politoloq: “Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara malikdir”
“Dağlıq Qarabağ münaqişəsinin nə hərb, nə sülh vəziyyətində saxlanması taktikası artıq iflasa uğramaq üzrədir. Bu münaqişəni yaradanların münaqişəni Ermənistanın xeyirinə çevirmək planları bütünlüklə fiaskoya uğradı. Azərbaycan torpaqlarını işğal edərək Ermənistan adına sənədləşdirməyə çalışan qüvvələrin bu məsələdə yanıldıqları artıq faktdır”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İyulun 17-də Riqada sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya prezidenti Raymonds Veyonis və Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Azərbaycan prezidentinin mətbuzt xidməti məlumat yayıb.
Nazirlər Bakıda görüşəcək
İyulun 18-19-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər
Məlum aprel döyüşləri və Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatından bir ildən artıq vaxt keçsə də, hələ də zaman-zaman həmin döyüşlər barədə bəzi mətləblər üzə çıxır, indiyə qədər ictimaiyyət üçün məlum olmayan informasiyalar, məlumatlar yayılır. Maraqlısı odur ki, bu kimi informasiyalar həm Ermənistan, həm də Azərbaycan tərəfindən səslənir.
Ermənistan hərbi mövqelərini gücləndirir, çünki...
İşğalçı Ermənistan ciddi təşviş içərisindədir. Azərbaycanın ildən-ilə hərbi qüdrətinin artması, ordumuzun yeni müasir texnika və silahlarla təchiz olunması İrəvanı bəzi qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qoyub. Xüsusilə, bir neçə gün əvvəl Rusiyadan Azərbaycana yeni silah dəstələrinin göndərilməsi, həmin texnikaların cəbhə bölgəsinə aparılması Ermənistanın qabaqlayıcı tədbirlər görməsini bir qədər də intensivləşdirib. Düşmən ölkə hazırda Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağından ciddi şəkildə ehtiyatlanaraq cəbhədə hərbi mövqelərini möhkəmləndirməyə çalışır. Keçən həftə sonu Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı ilə yeni hərbi hissənin açılış mərasiminin keçirilməsi də elə İrəvanın Azəbaycanın hərbi qüdrətindən ehtiyat etdiyindən xəbər verir. Məlum olduğu kimi keçən həftə sonu Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan və başının dəstəsi, İcevan şəhərində yeni yaradılmış hərbi hissənin açılışında iştirak ediblər.
Ermənistanda faşizm ideologiyası hökmrandır
Ermənistanda faşizm ideologiyası tam hökmrandır. Düşmən ölkədə çöldə qoyun otaran çobandan tutmuş, prezidentlərinə qədər hamı "Böyük Ermənistan" yaratmaq xülyası ilə alışıb yanırlar. Hamısı da bu ideyada birləşirlər.
"Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir"
"Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir".
Azər Həsrət: “Azərbaycanla Latviyanın tarixə söykənən münasibətləri var”
“Azərbaycan dövləti istər Avropa Birliyi, istərsə də ona üzv dövlətlərlə ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən münasibətlərin qurulmasında maraqlıdır və daim bu kursa sadiqdir.
"Həmsədrlərin münaqişənin həlli ilə bağlı yeni planı var"
“Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir”.
Politoloq: “Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir”
“Bu ilin sonuna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi gözləniləndir”. Bunu politoloq Zaur Məmmədov deyib.
Novruz Məmmədov: "Qarabağda münaqişə yenidən alovlana bilər"
"Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.
Diaspor təşkilatından Rusiya Dumasına etiraz
“Rusiya Federativ Respublikası Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsini dərin təəssüf hissi ilə qarşılayır, bu addımın Rusiya ilə Azərbaycanın tarixi və bugünki əməkdaşlıq ruhu ilə uyğun gəlmədiyini, bu qərarın Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracağından narahatlığımızı bildirir, eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərinə sərin küləklər əsdirəcəyini şübhəsiz hesab edirik”.














