Siyasət
"Bundan zərər çəkən İran özü olacaq"
Biz İranın Azərbaycanla bağlı siyasətinin yalnız üzdə olan tərəflərini deyil, digər tərəflərini də bilirik. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İran Azərbaycanda kimisə ələ ala bilər: "İran pullarını qoyub ortaya, 4-5 nəfər yeyir. Bundan zərər çəkən İran özü olacaq". Politoloq vurğulayıb ki, İslam dinində müsəlman müsəlmanın qanını töksün, hakimiyyəti devirsin kimi məsələlər yoxdur. Bu islam deyil, qurama dindir. M. Əhmədoğlu əlavə edib ki, hər iki dövlətin prezidenti münasibətlərin inkişafı üçün bir çox işlər görür. Lakin bir qrup dindarlar bu münasibətlərin inkişafını istəmir.
Politoloq: “Bolqarıstan dövlət kimi özünü idarə edə bilmir”
Vaxtilə Azərbaycan müsbət mənada dünyanın diqqət mərkəzində idi. İndi dünya ölkələri iki qrupa bölünüb. Bir qrup ölkələr istəyir ki, Azərbaycan əvvəlki layihələri davam etdirsin.
Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.
Ermənistan hakimiyyəti əlacsız durumda
Rusiyanın son vaxtlarda Dağlıq Qarabağ probleminin həllində Ermənistanın maraqlarına xidmət edən addımlar atması Azərbaycan cəmiyyəti kimi düşmən ölkənin cəmiyyətinə də bəllidir. Artıq erməni rəsmilər də bunu açıq şəkildə ifadə etməyə başlayıblar. Elə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın bu günlərdə yerli televiziyalardan birinə verdiyi müsahibədə də bu məqam özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına verdiyi müsahibədə Rusiyanın Azərbaycana silah satmasını ən "ağrılı" məsələ saysa da, ancaq Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik “ciddi heç nə baş vermədiyini” vurğulayıb. Sərkisyan Rusiyanı hələ ittiham etməyin tez olduğuna işarə edib və deyib ki, əgər nə vaxtsa ciddi nəsə baş versə, o zaman Moskvanı ittiham eləmək olar: “Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”.
Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri iyulun 18-də başa çatıb. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndində olub
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1966-cı il təvəllüdlü Sahibə Quliyevanın məzarlarını ziyarət edib. Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşüb, hadisənin baş verdiyi əraziyə baxış keçirib.
Ermənilər 138 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.
İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən dəstəklənir”
“Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası
Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir.
Tokay Məmmədov Prezidentin fəxri diplomu ilə təltif edildi
Prezident İlham Əliyev Tokay Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bakı-Riqa münasibətləri yeni mərhələdə
Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 17-də dövlət başçımızın rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Latviyanın dövlət başçısı Raymonds Veyonis arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşdən sonra hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb.
Deputat: “Biz ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılmasında maraqlıyıq”
Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasına çalışır. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü haqqında proqnozlarını bildirərkən deyib. O qeyd edib ki, prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin daha dəqiq, obyektiv və substantiv keçməsinin tərəfdarıdır: “Xarici işlər nazirləri səviyyəsində və həmsədrlər tərəfindən bu məsələ üzərində iş aparılır. Hər birimiz maraqlıyıq ki, ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılsın”.
Latviya prezidenti: “Azərbaycan-Aİ əlaqələri “Şərq tərəfdaşlığı” sammitində konkret formasını tapacaq”
“Latviya bu iki tərəf arasında –Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqıarasında əməkdaşlıq daha da genişləndirilsin”. Bunu Riqada Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlama verən Latviya prezidenti Raymonds Veyonis deyib.
Prezident: “Azərbaycan-Latviya Birgə Bəyannaməsi Aİ ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün gözəl əsas yaradır”
“Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident: “Azərbaycan milyardlarla dollar sərmayə qoyur ki, Cənub Qaz Dəhlizi tezliklə reallaşsın”
"Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.













