Siyasət

“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir

19 İyul 2017 14:08

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşəbbüsü ilə yaradılan “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbəkdilli versiyasında “Xocalı soyqırımı” adlı bölmə istifadəyə verilib.

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanat qəbul olunub - MƏTN

19 İyul 2017 13:40

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.

Türkmənistan XİN rəhbəri: “Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək niyyətindəyik”

19 İyul 2017 13:37

“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik”. Bunu Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezidentlərin görüşü nə vəd edir?

19 İyul 2017 13:31

Payızda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi gözlənilir. "İzvestiya” qəzetinin məlumatına görə, görüşün əsas təşkilatçısı Kreml olacaq. Çünki ATƏT-in Minsk Qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Mənbə qeyd edib ki, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır.

"Ermənistan təxribatlara son qoymalıdır" - Mövlud Çavuşoğlu

19 İyul 2017 13:29

"Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Ermənistanın su resurslarından ekoloji terror vasitəsi kimi istifadə etməsi dövlət siyasətdir”

19 İyul 2017 12:40

"Ermənistan tərəfindən su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Rəsmi Yerevan tərəfindən bu siyasət Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur. Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir". 

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə hazırlıq müzakirə edilir

19 İyul 2017 12:22

"Bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri üç ölkənin dövlət başçılarının sammitinə hazırlıq məsələsini müzakirə edirlər". Bunu Bakıda mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Ermənistan-Rusiya münasibətləri kəskin şəkildə pisləşib - AKTUAL

19 İyul 2017 11:56

Rusiyanın son dövrlər ərzində Azərbaycana ən müasir silahlar, müdafiə kompleksləri və s. hərbi-texniki avadanlıqlar satması bu ölkənin "for-post"u olan işğalçı Ermənistanın hərbi-siyasi və ictimai dairələrini qıcıqlandırmaqdadır. Ümumiyyətlə, ötən müddət ərzində, xüsusilə ötən ilin aprel müharibəsinin ardınca Ermənistanda anti-Rusiya çıxışlarının sayı durmadan artır. Yeri gəlmişkən, işğalçı ölkənin prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanı silahlı təchiz etməsini erməni-rus münasibətlərində ən ağrılı nöqtə kimi qiymətləndirmişdi. Hətta Sarkisyan uzun illərdir hesabına hakimiyyətini saxladığı Rusiyaya dolayı yolla həədə də gəlmişdi. “Hələlik, elə də ciddi hadisə baş verməyib, ancaq nə vaxtsa bu olacaq və onda münasibətimiz dəyişəcək”-deyə Sarkisyan xəbərdarlıq ritorikası ilə fikir bildirmişdi.

Azərbaycan prezidenti Türkiyə XİN rəhbəri ilə Qarabağ məsələsini müzakirə edib - YENİLƏNİB

19 İyul 2017 11:52

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirib.

Atəşkəsin pozulması halları intensivləşir

19 İyul 2017 11:38

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 149 dəfə pozub.

"Dağlıq Qarabağ münaqişəsi MDB məkanında birliyə mane olan əsas məqamdır"

19 İyul 2017 11:22

"MDB ərazisindəki qanlı münaqişələrdən çıxış yolu hələlik görünmür". Bunuaçıqlamasında Rusiya prezidenti yanında insan haqqları və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə Şuranın üzvü, tanınmış siyasətçi və publisist İrina Xakamada deyib.

Məlahət İbrahimqızı BMT Baş Məclisinin xüsusi sessiyasına qatılacaq

18 İyul 2017 17:34

İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək. Məlumata görə, sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.Tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaqdır. Səfər iyulun 22-də başa çatacaq.