Siyasət

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir

20 İyul 2017 10:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.

Prezident İlham Əliyev: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır"

20 İyul 2017 10:08

"Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır".  Bunu Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitab nəşr olunub

20 İyul 2017 09:45

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabça nəşr olunub.

Əflatun Amaşov: "Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz"

19 İyul 2017 18:30

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərin evlə təmin olunması ilə bağlı prezidentİlham Əliyevə minnətdarlıq edib.  Ə. Amaşov jurnalistlərimiz dövlət başçısının sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini gördüklərini bildirib. "Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk. 

Məhluqə Sadıqovanın 100 illik yubileyi keçiriləcək

19 İyul 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb

19 İyul 2017 18:12

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev jurnalistlər üçün növbəti yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzaladı

19 İyul 2017 18:03

Prezident İlham Əliyev Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lionel Zetterin Azərbaycan haqqında məqaləsi

19 İyul 2017 17:32

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “Peace and Sport” təşkilatının İnternet saytında “AZƏRBAYCAN ÖZ İDMANINI QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İNTREQRASİYASI ÜÇÜN NECƏ İSTİFADƏ EDİR” başlıqlı məqaləsi dərc edilib. Məqalədə azərbaycanlı qaçqın və məcburu köçkünlərin cəmiyyətə inteqrasıya olunmasında idmanın rolundan bəhs edilir. Avropa Azərbaycan Cəmiyyəti "Olaylar"  - a  məqalənin oxucular üçün maraqlı olmasını nəzərə alaraq, onun tərcüməsini təqdim edir. http://www.peace-sport.org/opinion/how-azerbaijan-harnesses-sport-as-an-integration-catalyst-for-its-refugees-and-internally-displaced-persons/

Azərbaycanda casus qalmaqalı - Həbs olunanların sayı daha da arta bilər

19 İyul 2017 16:35

"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi bu əks-kəşfiyyat tədbirlərinin xüsusiyyəti onun konkret casusluqla bağlı olması, bununla əlaqədar bütöv bütöv bir şəbəkənin fəaliyyətinin ifşa olunması və üzvlərinin saxlanılmasıdır. DTX-nın yaydığı məlumatın təhlili göstərir ki, bu əks-kəşfiyyat tədbirləri uzun müddətli və gərgin əməliyyat araşdırması nəticəsində baş verib. Casus şəbəkəsinin üzvlərinin məlumat toplanması, həmin məlumatların hərbi-siyasi xarakterli olması, tapşırıqların xarici ölkələrdən müxtəlif əlaqələr vasitəsilə alınmasının tam aşkarlanması və şəbəkə üzvlərinin həbs edilməsi elə-belə məsələ deyil, gərgin əməyin nəticəsidir".

Xarici işlər nazirləri Nyu-Yorkda görüşəcək

19 İyul 2017 16:08

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda yeni görüşünə hazırlıq gedir.“Olaylar” xəbər verir ki, bu barədə Vyanada jurnalistlərə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib:“Mənə məlumdur ki, ATƏT-in həmsədrləri danışıqlar prosesini intensivləşdirməyə çalışacaq, Nyu-Yorkda xarici işlər nazirlərinin yeni görüşünə hazırlıq görəcəklər”. O, bu danışıqların ən yüksək səviyyədə keçiriləcək görüşə hazırlıq mərhələsi olduğunu da deyib.

Regionda gərginlik artacaq

19 İyul 2017 16:03

Rusiyanın ATƏT-in Minsk qrupunda təmsil olunmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, sərgilədiyi münasibət heç də vasitəçilik missiyasına uyğun gəlmir. Keçən ilin aprel ayında cəbhədə yaşanan hərbi əməliyyatlardan sonra Kremlin daha çox Ermənistanın maraqlarına uyğun mövqe nümayiş etdirməsi, münasibət sərgiləməsi artıq davamlı xarakter almağa başlayıb.

Səfir: İlham Əliyev Macarıstana rəsmi səfər edəcək

19 İyul 2017 15:46

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək. Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.

Mərkəz sədri: “Ermənistanın həmsədr ölkə ilə münasibətlərində ciddi problem yaranıb”

19 İyul 2017 15:05

“Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye son mətbuat konfransında Ermənistanın ünvanına kəskin fikirlər səsləndirdi. O iki ölkə arasında mal dövriyyəsinin cəmi 50 milyon avro olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Lukaşeviç: “Həmsədrlər sehrbaz deyil, onlar regionda təhlükəsizliyi lazımi səviyyədə yarada bilməzlər”

19 İyul 2017 14:49

“ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə, qoşunların təmas xəttində monitorinq aparması ilə bağlı imkanlarının artırılmasına böyük ehtiyac var”. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

DTX əməliyyat keçirdi- Casus şəbəkəsinin üzvləri ifşa olundu

19 İyul 2017 14:10

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan Respublikası ərazisində casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.