Siyasət

XİN Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi barədə məlumatlara aydınlıq gətirib

20 İyul 2017 15:46

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.

Elmar Məmmədyarov Tacikistan səfirini qəbul edib

20 İyul 2017 15:35

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.  Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.

“Jurnalistlərə mənzillərin verilməsi onların yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqətlə yanaşıldığını göstərir”

20 İyul 2017 15:05

"Mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir”. Bunu  "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Vüqar Rəhimzadə: "Bu, bütövlükdə Azərbaycan jurnalistikasına verilən dəyərdir"

20 İyul 2017 15:02

“Bu gün münasibətilə bütün həmkarlarımı və ölkə ictimaiyyətini təbrik edirəm. Çünki, informasiya, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz”. Bunu “İki Sahil”qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Prezident jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışında iştirak edib

20 İyul 2017 14:19

142 illik şərəfli bir yola malik olan Milli Mətbuatımız daha bir yaşını xoş anlarla, sevincli xatirələrlə başa vurur. Belə ki, kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün daha bir çoxmərtəbəli yaşayış binası istifadəyə verilir. Məlumat üçün qeyd edək ki, Milli Mətbuatımızın yaranmasının 135 illiyi ərəfəsində, Azərbaycan Mətbuat Şurasının binasının açılış mərasimi zamanı sözügedən media qurumunun rəhbərliyi dövlət başçısı ilə görüşdə jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlərin görülməsini ölkə başçısından xahiş etmişdilər.

İlham Əliyev: "Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar"

20 İyul 2017 13:44

"Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar". Bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev: "Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq"

20 İyul 2017 13:37

"Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq". Bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev: "İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz"

20 İyul 2017 13:17

"İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz".  Bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

XİN: "Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir"

20 İyul 2017 13:04

Bu gün Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb.  "Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi" adlı konfrans BMT, Xarici İşlər Nazirliyi (XİN) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən keçirilir.

Prezident jurnalistlərin mənzillərində

20 İyul 2017 12:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.

Böyük güclərin acımasız planlarına müqavimət göstərmək çox çətindir

20 İyul 2017 12:49

Zaman-zaman Azərbaycanda “Qarabağlıların yurdlarını qoyub gəlməsi” iddiaları ətrafında gərgin müzakirələr gedir. Bu müzakirələr bəzən fikir azadlığının və “obyektivlik axtarışları”nın sərhədlərini xeyli aşaraq bir qrupun təhqir olunması ya da özünümüdafiəsi kampaniyasına çevrilir. Müəyyən bir təbəqə digərlərini torpaqlarını qorumamaqla ittiham edir, digərləri isə özünü müdafiə etmək məcburiyyətində qalarkən bəzən yerliçilik etmiş olur.

"Qarabağ tam boşalıb" - Rus ekspertdən ŞOK AÇIQLAMA

20 İyul 2017 11:17

"Rusiyada saray çevrilişi mümkün deyil". Bunu Ukraynanın "Fraza" saytına müsahibəsində rusiyalı məşhur iqtisadçı Dmitri Nekrasov söyləyib.

Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoyub

20 İyul 2017 11:07

Bu gün Azərbaycan  jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Politoloq: “Həmsədrlər dinc tənzimlənmənin matəm musiqisini yazmaqla məşğuldurlar”

20 İyul 2017 10:49

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin destruktiv fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ən böyük maneəsidir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Səfir: "Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır"

20 İyul 2017 10:12

Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır. Bu barədə  müsahibəsində Azərbaycanın Aİ-dəki daimi nümayəndəliyinin rəhbəri, Belçikadakı səfir Fuad İsgəndərov deyib.