Siyasət

“Jurnalistlərin evlə təmin olunması geniş və tayı bərabəri olmayan addımdır”

21 İyul 2017 11:36

“Azərbaycan dövləti mətbuata hər zaman açıq şəkildə dəstək verib və azad sözün qorunması istiqamətində öz dəstəyini əsirgəməyib. Son illər ərzində Azərbaycan mətbuatının inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar isə kifayət qədər geniş və tayı bərabəri olmayan addımlardır”. Bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Elmar Məmmədyarov İƏT Baş katibinin köməkçisi ilə görüşdü

20 İyul 2017 23:36

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib. Nazirlikdən "Olaylar" - a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib

20 İyul 2017 18:58

Azərbaycan Prezidenti İlham Əliyev Firudin Hacıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd ounur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Firudin Süleyman oğlu Hacıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. 

QHT sədri: Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir

20 İyul 2017 18:45

Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı yalnız bu günümüzün deyil, tariximizin əlamətdar hadisələrindəndir. Bunu  jurnalistlər üçün tikilmiş növbəti binada mənzillə təmin olunan Güney Asiya və Orta Qafqaz Sülh Azadlıq Şəbəkəsi Məclisinin üzvü Əkbər Qoşalı deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2017 18:35

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu göndərib.

Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilib

20 İyul 2017 18:33

Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bu barədə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində bildirib. MŞ sədri bildirib ki, kütləvi informasiya vasitələri (KİV) arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi - texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Əliməmməd Nuriyev: "Jurnalistlər mənim köməkçilərimdir" ifadəsi söz azadlığına verilən ən böyük dəyərdir”

20 İyul 2017 18:00

“Hörmətli Prezidentimiz bu gün növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçiləri mükafatlandırılması postsovet məkanında ilk nümunədir. Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu misilsiz bir addımdır”.

Baş redaktordan prezidentə müraciət: "Biz inanırıq ki, sizin dəstəyinizlə mənzil sahibi olacağıq"

20 İyul 2017 17:58

22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün media işçilərini təbrik edirəm. Əslində medianın qabaqcıl nümayəndələri ilə münasibətimin yaxşı olmasına çox sevinirəm. Mətbuat mənim inkişafımda əvəzolunmaz təhsil ocağıdır. Aldığım təhsillə yanaşı, mətbuatın da həyatımda mükəmməl rolu var. Mənə təkan verən, ilhamlandıran hər bir media qabaqcıllarını xüsusilə təbrik və təşəkkür edirəm. 

Azərbaycan XİN: Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu

20 İyul 2017 17:19

Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu. Bu barədə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

Səfir: Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib

20 İyul 2017 16:57

Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib. Bunu bu gün Türkiyə səfirliyində, Ankarada 15 iyul hərbi çevriliş cəhdinin ildönümündə iştirak edən Azərbaycan mətbuatının nümayəndələri ilə görüşü zamanı səfir Erkan Özoral deyib.

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verilib

20 İyul 2017 16:41

Azərbaycan Prezidenti İlham Əliyev Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Deputat 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

20 İyul 2017 16:27

Prezident İlham Əliyev Ağalar Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, sərəncamla Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Aydın Mirzəzadə: " Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini göstərdi"

20 İyul 2017 16:26

"Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi". “Olaylar” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib: "Birinci binada olduğu kimi bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib.

“İranda azərbaycanlı nazirlərin sayı artmalıdır” - Qazipur

20 İyul 2017 16:18

İran Milli Məclisinin Azərbaycan əyalətinin Urmiya millət vəkili Nadir Qazipur prezident Həsən Ruhaniyə yeni quracağı 12-ci kabinetdə daha çox türk əsilli nazirlərə yer verilməsiylə bağlı müraciət edib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb. Qazipur deyib ki, kabinetdə türk soylu (azərbaycanlı) nazirlərin sayı artmalıdır: "Əgər belə olmazsa, Ruhani hökuməti türklərin yaşadığı yerlərdən vəkil olan türk əsilli 110 deputatdan səs vermə üçün "bəli" səsi gözləməsin... İran əhalisinin təxminən 50 faizi türkcə (Azərbaycanca) danışır. Məclisə tövsiyə ediləcək yeni Təhsil naziri Konstitusiyanın 15 və 19-cu maddələrinin tətbiqi, məktəb və universitetlərdə azərbaycanca təhsili reallaşdırmağın lazım olduğunu bilməlidir".