Siyasət

"Bəziləri bu nəcib aksiyaya kölgə salmağa çalışır" - Əli Həsənov

22 İyul 2017 15:25

"Bu il 22 iyul Milli Mətbuat Günü ikiqat əlamətdardır". Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib

21 İyul 2017 18:54

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib. Tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub. Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirilib ki, tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.

Filippin Prezidenti İlham Əliyevi təbrik edib

21 İyul 2017 18:48

Filippin Prezidenti Rodriqo Rao Duterte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev: "Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək"

21 İyul 2017 18:08

"Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək". Bunu Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Elmar Məmmədyarov Macarıstana gedir

21 İyul 2017 16:51

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. 3-4 noyabr 2014-cü ildə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

Elmar Məmmədyarov Macarıstan səfiri ilə vidalaşdı

21 İyul 2017 16:05

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. E. Məmmədyarov İ. Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir"

21 İyul 2017 14:31

Ukraynalı jurnalist Oleq Melniçenko yerli mətbuatda Ermənistan rəhbərliyinin vandal siyasətini pisləyən "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir" başlıqlı yazı ilə çıxış edib.

Azərbaycan ordusunun güclənməsi erməniləri təşvişə salıb

21 İyul 2017 13:46

Azərbaycan işğal altında qalan torpaqlarının azad edilməsi məqsədilə bütün mümkün vasitələrdən istifadə etmək nioyyətindədir. Artıq sülh danışıqlarının səmərəsiz olduğunu görən Azərbaycan tərəfi hərbi sahədə inkişafa önəm vermək məcburiyyətində qalıb. Elə bu səbədən də son zamanlar ordunun maddi-texniki təchizatı, müasir silahlarla təminatı məsələsinə üstünlük verir. Artıq Azərbaycan qonşu Rusiyadan milyardlarla manat dəyəri olan silah-sursat alıb. Azərbaycanın hərbi baxımdan inkişaf etməsi isə Ermənistanda ciddi narahatçılıq yaradıb.

“Ermənilərin ruslara qarşı xəyanəti lazımınca dəyərləndirilmir”

21 İyul 2017 13:14

Bu əlbəttə hökm deyil. Diplomatik və ya eyhamlı cümlələrə alışmış rəsmilər və ekspertlər üçün belə başlıq ikrah hissi yaradan kimi qəbul edilir. Amma eyhamlı yazıların, ütülənmiş fikirlərin çox olduğu dövrdə açıq mətnli tezislər bəlkə də daha faydalıdır. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi öz monopoliyasına keçirməsi şübhə yaratmayan hala çevrilib.

“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub

21 İyul 2017 12:15

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.

Prezident İlham Əliyev Pirallahının mərkəzində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub

21 İyul 2017 12:14

Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.

Prezident İlham Əliyev Pirallahıda içməli su təchizatı layihəsinin açılışında iştirak edib

21 İyul 2017 12:08

Azərbaycan prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib.

Prezident Pirallahıda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub

21 İyul 2017 12:03

Azərbaycan prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.