Siyasət

Soçi görüşü Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək

24 İyul 2017 13:45

Həftə sonu istər Azərbaycan, istər Rusiya, istərsə də elə Ermənistanın gümdəmini zəbt edən əsas məsələ Azərbaycan və Rusiya prezidentlərinin Soçidə bir araya gəlməsi oldu. Əvvəlcədən müəyyən edilmədiyi halda, qəfildən baş tutan bu görüş istər baş tutan anlara qədər, istərsə də ondan sonrakı günlərdə xeyli suallar və maraqlı yanaşmalar ortaya qoydu. Hər kəs, siyasilər, analitiklər, hətta düşmən ölkə Ermənistanın rəsmi və qeyri-rəsmi dairələri Putin-Əliyev görüşünə diqqət çəkərək Soçi görüşü və onun nəticələri ətrafında mülahizələr irəli sürməyə başladılar.

Rusiya Qarabağ probleminin həllində aktivliyi artırır

24 İyul 2017 13:32

Ötən həftənin sonunda baş verən mühüm hadisələrdən biri də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü oldu. Əvvəlcədən nəzərdə tutulmadığı halda, qəfildən Azərbaycan dövlət başçısının Soçiyə səfər etməsi və rusiyalı həmkarı Vladimir Putinlə görüşü bir sıra maraqlı sualların ortaya çıxmasına səbəb oldu. Belə ki, dövlət başçılarının qəfil görüşü nəyə hesablanmışdı? Putin və İlham Əliyev görüşündə əsas müzakirə mövzusu nə olub? Və Azərbaycanla Rusiya prezidentlərinin qəfil görüşü Ermənistanda hansı reaksiya doğurdu?

Fələstin və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistan əleyhinə heç bir söz demirlər

24 İyul 2017 13:28

İsrail dövləti Yerusəlim şəhərindəki tarixi məbəd və köhnə şəhər ərazisinə polis nəzarətinin gücləndirilməsi barəsində bir neçə gündür ki, qərar qəbul edib və lazımi təhlükəsizlik tədbirləri İsrail polisi tərəfindən görülür. Belə bir qərarın qəbul edilməsinə səbəb olaraq İsrail dövləti keçən həftə müəyyən ərazidə baş vermiş insidenti əsas göstərir. Xatırlamaq lazımdır ki, ötən həftə baş vermiş insident nəticəsində 3 fələstinli və 2  İsrail polisi həlak olub, onlarla insan yaralanıb.

Soçi görüşündən gözləntilər

24 İyul 2017 13:26

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçidə baş tutan görüşdə dövlət başçıları tərəflər arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri dəfələrlə ikitərəfli görüş keçiriblər.

Siyasi ekspert: Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək

24 İyul 2017 12:51

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Soçi görüşünün mühüm MƏQAMLARI

24 İyul 2017 12:43

“Son zamanlar Azərbaycan Rusiya arasında müəyyən məsələlər var idi ki onların müzakirəsinə böyük ehtiyac var idi. Bura Bakıya gələn erməni əsilli Rusiya vətəndaşlarının guya həbs edilməsi, Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatının bağlanması, Rusiya tərəfindən pulsuz olaraq Ermənistana “İskəndər” tipli və daha müasir silahların göndərilməsi, cəbhə xəttində baş verənlər, ən əsası da Dağlıq Qarabağ münaqişəsi və digərləri daxil idi”. Bunu  politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşü şərh edərkən deyib.

Ekspert: “Prezidentin jurnalistlərə göstərdiyi etimad qürurverici idi” 

24 İyul 2017 12:02

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin jurnalistlərə ev hədiyyə verməsi sözün hər mənasında unikal hadisədir. Daha 255 həmkarımız mənzillə təmin edildi. Onların arasında böyük əksəriyyətinin evi belə yox idi”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin korlanması ilə bağlı səyləri heçə endirdi"-  ŞƏRH

24 İyul 2017 12:00

“Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir”. Bunu beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.

Politoloq: “Soçi görüşü çox əhəmiyyətli idi”

24 İyul 2017 11:59

“Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü çox əhəmiyyətli idi. Soçi görüşündən əvvəl cənab Prezident İlham Əliyev və Putin arasında görüşdən kifayət qədər vaxt keçmişdi. Bu müddət ərzində iki ölkə arasında kifayət qədər problemlər və suallar yaranmışdı”. Bunu  politoloq Zaur Məmmədov deyib.

Deputat Soçi görüşündən danışdı

24 İyul 2017 11:53

“Prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir”. Bunu  millət vəkili Azər Badamov deyib.

“Gürcüstanda anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyənin güclənməsi də özbaşına baş vermir”

24 İyul 2017 11:40

Gürcüstan Rusiya ilə danışıqlarında 2011-ci ildə imzalanmış müqaviləni aktuallaşdırır. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, rəsmi Tbilisi bu mövzuda danışıqları başlamaqla Rusiya-Gürcüstan sərhədinin harada, başqa sözlə 08.08.2008-ci il hadisələrinə qədərki yerdə olduğunu yada salmaq istəyir: “Adı çəkilən müqaviləyə görə Rusiya ilə Gürcüstan arasında yük daşımaların rəsmiləşdirilməsi yalnız Gürcüstanla Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədlərində baş verməlidir.

Ermənilər 155 dəfə atəşkəsi pozub

24 İyul 2017 11:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.