Putin istirahət etdiyi villanın görüntülərini paylaşdı - FOTOLAR
29 Avqust 2017 06:55 SiyasətVladimir Putinin istirahət etdiyi villanın fotoları paylaşılıb.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Vyborg bölgəsində ildə bir dəfə istirahət etdiyi villanın fotoları paylaşılıb. Finlandiyanın sərhəddinə 12 mil uzaqlıqda yerləşən villanın içində üzmə hovuzu, sauna, bilyard salonu var. Kreml tərəfindən rəsmi açıqlama verilməsə də, villanın Putinin yaxın bir dostuna aid olduğu, Putin tərəfindən restavrasiya etdirilərək istifadə edildiyi bildirilib. Villa 1913-cü ildə Fin memar Uno Ullberg tərəfindən inşa edilib və elə həmin il də "Şerlok Holms" filminin çəkilişlərində istifadə edilib. Putinin villanı 2010-cu ildən restavrasiya etdirdiyi bildirilib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31