Siyasət
“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi İlham Əliyevə təşəkkür məktubu göndərdi
Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqaəmətində atdığınız hər bir addım tədqirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir.
"Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox regional və geosiyasi məsələləri həll edə bilər"
"Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, regional və geosiyasi məsələləri həll edə bilər". Bunu Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.
Mətbuat Şurası Prezidentə təşəkkür məktubu göndərdi
Azərbaycan Mətbuat Şurası ölkə Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. “Olaylar”ın məlumatına görə, məktubda bildirilir ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir.
Rusiya ordusundan Azərbaycanla bağlı təzə xəbər
Separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspsk rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Rezonansi” qəzeti yazır. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib.
Jirinovskidən Azərbaycana rusiyasayağı “tövsiyyə”
Qeyri-ciddi bəyənatları ilə daim gündəmi zəbt edən Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı son bəyənatı mediada və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.
Azərbaycan və Gürcüstan QHT-ləri əməkdaşlıq edəcək
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ilə əməkdaşlıqla bağlı razılıq əldə edib. Bu bareədə məlumatı “OLAYLAR” -a ADİM sədri Cavid Şahverdiyev verib. O, bildirib ki, yaxın zamanlarda birgə layihələrin həyata keçirilməsi planlaşdırılır: "Bütün layihələrimiz Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifahının yaxsılaşdırılması, hüquqlarının qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, iki dövlət arasında əməkdaşlıq və dostluğun güclənməsinə təkan verəcək".
Normand formatında keçirilən görüşdə hər hansı bir nəticənin olacağı gözlənilmir
“Rusiyanın Ukrayanaya qarşı hərbi- siyasi təzyiqləri davam edir. Normand formatında keçirilən görüşdə hər hansı bir nəticənin olacağı gözlənilmir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirdi.
“Soçi görüşü Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir göstərəcək”
İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edildi.
"Azərbaycanla Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır"
"Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır". Bunu millət vəkili Fazil Mustafa deyib.
“Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə verilən mənzillərlə bağlı müzakirələrə münasibət bildirib. "Xəzər" TV-nin "Gündəm" proqramına qonaq olan Ə. Həsənov ölkə başçısı İlham Əliyevin media nümayəndələrinə hədiyyə etdiyi 255 mənzillə bağlı bütün məsələlərə aydınlıq gətirib.
Prezidentin jurnalistlərə “Özləri də bilmədən mənim köməkçilərimdir” deməsi məmur ordusunda xof yaradıb
Prezident İlham Əliyevin iyulun 20-də, jurnalistlər üçün tikilən yeni binada mənzillərin paylanması mərasimində mətbuatla bağlı səsləndirdiyi fikirləri media nümayəndələri özləri üçün ən böyük dəstək kimi qiymətləndirirlər.
Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər
Azərbaycanda dövlət tərəfindən milli mətbuata göstərilən yüksək diqqət və qayğıya, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində addımların atılması və onların yeni mənzillərlə təmin edilməsinə görə, dövlət başçısı Prezident İlham Əliyevin ünvanına media təmsilçilərindən təşəkkür məktubları gəlir.
Azərbaycan MN: “Ermənistan hərbi ittifaqda olduğu ölkələri aldatmaq istəyir”
Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.
Prezident İlham Əliyev milli mətbuatın qarantıdır
Qətiyyətlə demək olar ki, Azərbaycan dövləti və onun başçısı prezident İlham Əliyev ölkədə müstəqil mətbuatın formalaşması və inkişafının qarantıdır. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürürdü. Mətbuatın iqtisadi durumu o dərəcədə ağır idi ki, istənilən xarici ölkənin xüsusi xidmət orqanı bütövlükdə media orqanını, yaxud onun ayrı-ayrı təmsilçilərini asanlıqla təsiri altına sala bilirdi. Məhz belə bir şəraitdə Ümumilli lider Heydər Əliyev müstəqil mətbuatın formalaşması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzaladı. Beləlikilə Ulu Öndərin ciddi səyi nəticəsində Azərbaycan mətbuatı təşəkkül taparaq xarici təsirlərdən xilas olundu, üstəlik inkişaf mərhəlsinə qədəm qoydu.











