Siyasət
Azərbaycan və Gürcüstan sərhədin delimitasiyası üzrə növbəti danışıqlara payızda başlayacaq
Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək. Bu barədə diplomatik mənbədən məlumat verilib. Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Rusiya səfirliyi: "Azərbaycan məhkəməsinin Lapşinlə bağlı qərarını şərh etmək hüququmuz yoxdur"
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda mühakimə olunmuş Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşin ekstradisiya ilə bağlı müraciət edərsə, ona lazımi dəstəyi göstərməyə hazırdır.
"Soçi görüşü Azərbaycan-Rusiya əlaqələrinin inkişafı aspektindən də mühümdür"
"Prezidentlərin Soçi görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
"Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək"
"Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək". Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşünü şərh edərkən deyib.
"Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki ölkə üçün faydalıdır”
“Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır”. Bunu Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşünü şərh edərkən deyib.
DTX-dan əməliyyat: Bankdan 3,7 milyon manat oğurlamış dəstə ələ keçirildi
DİQQƏT! Pentaqondan sensasion XƏBƏR
Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı 3 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Politoloq: İlham Əliyev Vladimir Putinlə görüşündə Azərbaycanın mövqeyini prinsipial şəkildə ortaya qoydu
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə ölkəmizin mövqeyini kifayət qədər prinsipial şəkildə ortaya qoyub. Bunu politoloq Fikrət Sadıqov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.
“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə bağlı məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə belə münasibət bildirib: “Ermənistan xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gəlməsi və “Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı “Qandzasar” deyil, “Gəncəsər”dır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur.
Fransa televiziyasında Qarabağın işğalından danışılıb - VİDEO
Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransanın Aljanoubia kanalında “Qafqazın Mirvarisi” adlandırılan verilişin qonağı olub.
Seymur Orucov: “Jurnalistlər Prezidentin göstərdiyi etimada daha adekvat davranmalıdırlar”
“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atdı. Belə ki, 255 mənzil bir qrup jurnalistə təqdim olundu”. Bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (GB) sədri Seymur Orucov deyib.
Rusiyalı politoloq: “Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil”
"Rusiya və Azərbaycan prezidentlərinin Soçidə keçirilən görüşü qəfil, lakin gözlənilən idi. Bu görüş iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakterli olduğunu bir daha təsdiqlədi".
Azərbaycan və Ermənistan prezidentləri görüşsə... - Ermənistanda Qarabağ qorxusu
“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin görüşməsi dipomatik bir addım idi. Soçi görüşünün nəticəsi kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər”, - Publika.az news.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Cümhuriyyət Partiyasının sədr müavini Armen Aşotyan partiyanın keçirdiyi mətbuat konfransında deyib.
Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin Soçidə keçirilən görüşündə bu mövqe bir daha nümayiş olunub”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən səsləndirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir.














