Siyasət
Ermənistanın cəhə xəttində təxribatları davam edir
Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “Olaylar”a daxil olan bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.
Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI – Ermənistanın ən böyük QORXUSU
Son günlər Ermənistan mediasında Azərbaycanın məxfi silahının olması haqda müzakirələr gedir. Ermənistanda narahatlıq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “RİA Novosti”yə müsahibəsində “Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək silahları var” açıqlamasından sonra başlanıb.
Ermənilər 128 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı
Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici siyasət idarəsinin başçısı Peter Siyatro ilə birgə mətbuat konfransında əsasən “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirakı ətrafında gedən danışıqların gedişindən danışıb. Nazir Ermənistanla danışıqlar prosesində mümkün irəliləyiş barədə AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavabında təəssüflə bildirib ki, ermənistanlı həmkarı Edvard Nalbandyanla Brüsseldə baş tutan görüşündə Ermənistanın substantiv danışıqlar məcrasına keçəcəyi barədə onun tərəfindən heç bir işarə görməyib.
Sevinc Fətəliyeva MDİ-nin nümayəndəsi ilə görüşüb
İyulun 25-də YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Sezar Rosello ilə partiyanın mənzil-qərargahında görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. .
Azərbaycan XİN Pakistandakı terror aktını pislədi
Azərbaycan Pakistanın Lahor şəhərində törədilən terror aktını pisləyir və həlak olanların və yaralıların ailələrinə, həmçinin bütün qardaş Pakistan xalqına dərin başsağlığı verir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilən bəyanatda deyilir.
Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Liberiya Prezidenti Ellen Conson-Serlifə təbrik məktubu göndərib.
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.
Oqtay Əsədov İrana gedir
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyininin mətbuat xidmətinin rəhbəri Mühəmməd Rza Nəcəfi məlumat verilib. Onun sözlərinə görə, avqust ayında Milli Məclisin sədriOqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
Səfir: Azərbaycan-Almaniya münasibətlərini genişləndirmək üçün daha böyük potensial var
Azərbaycan və Almaniya arasında hazırda bütün sahələrdə sıx əlaqələr mövcuddur, eyni zamanda bu münasibətləri daha da genişləndirmək üçün daha böyük potensial var.
Yaqub Mahmudov: “Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir”
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun açıqlamasını təqdim edirik: Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.
“Soçi görüşü Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək”
“Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən olub”.
Deputat: “Biz Rusiyanın öz forpostunu ağıllandırmasını gözləyirik”
"Biz bu münasibətlərdə maraqlıyıqsa, bütün səviyyələrdə siyasi dialoq davam etməlidir. Danışıqlar nazirlər səviyyəsində də gedir. Ancaq elə məsələlər var ki, nazirlər səviyyəsində həllini tapa bilmir, prezidentlərin müzakirə etməsi vacibdir".




.jpg)









