Siyasət
PKK-nın Qarabağda mövcudluğu təsdiqləndi- VIDEO
PKK terror təşkilatının 400 silahlısının keçən ilin aprel ayında başlayan hərbi əməliyyatlarda Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa gəldiyi təsdiqini tapıb. “OLAYLAR”-ın xəbərinə görə, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy PKK terrorçularının aprel ayında Qarabağa gəldiklərini əks etdirən video görüntü yayıb. Videoda terrorçular böyük ruh yüksəkliyi ilə döyüşə getdiklərini ifadə ediblər.
Azər Həsrət: “Ona niyə yeni mənzil verilib?”
Prezident İlham Əliyevin başçılığı altında mümkün qədər uğurla icra edilmiş bir təşəbbüs daha yekunlaşdı. 255 media təmsilçisinə Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin lütfüylə mənzillər təqdim edildi. Özü də qarşılıqsız. Özü də minnətsiz və heç bir öhdəliksiz. Yəni dövlət və başçısı öz vətəndaş-jurnalistinə heç bir şərt-fərq qoymadan onun sosial probleminin həllində yenə də öz sözünü dedi.
Musa Qasımlı: Soçi görüşü erməni lobbisi və diaspora nümayəndələrinə bir cavabdır
“Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Vladimir Putin ilə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər”.
Mübariz Əhmədoğlu: “İvanov-Con formatı Dağlıq Qarabağ tənzimlənməsi üçün ən uğurlu formatdır”
“Dünyada, eləcə də MDB məkanında münaqişələrin həllində bir sıra formatlardan istifadə olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Lapşin israilli diplomatlarla görüşdü - Ekstradisiya məsələsi
İsrailin Bakıdakı səfirliyi Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət etməsi barədə xəbərlərə münasibət bildirib.
Cəbhədə erməni təxribatı artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
Qarabağa görə 120 minlik Rusiya qoşunu?
Qarabağda müharibə bu tarixdə başlanacaq - Rusiyadan VAXT AÇIQLAMASI
Bərdədə avtomobil yolunun tikintisinə 6,8 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bir ay ərzində Azərbaycana səfər edəcəklər.
Prezident İlham Əliyev Alı Qocayevi ordenlə təltif ettdi
Prezident İlham Əliyev A.İ.Qocayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaq üçün aparılan danışıqlar sonuncu mərhələyə çatıb.Türkiyənin keçmiş müdafiə naziri Fikri İşıq ötən həftə danışıqların “son nöqtə”də olduğunu açıqlayıb.
“İşğalçı adından xoşunuz gəlmirsə, işğala son qoyun”
Bu günlərdə BMT-nın Nyu-Yorkda yerləşən Baş Qərargahında ECOSOS-un xüsusi sessiyası - Yüksək Səviyyəli Nazirlər İclası (Ministerial meeting) keçirilib. İclasda Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov rəhbərlik edib. Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, BMT-yə üzv olan 193 ölkə təmsilçisinin iştirak etdiyi bu tədbirdə 44 ölkənin, o cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinlənilib: “İclasda BMT-yə üzv olan 44 ölkənin könüllü hesabatı dinlənildi. 2015-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edimiş "Dünyamızı Dəyişək: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyində" qətnaməsinə qoşulan ölkələrdə iki il ərzində bu məqsədlər üzrə görülən işlər müzakirə olundu.
Sülh Platformasından gözləntilər özünü doğruldur?
Bir müddət öncə Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər. Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə, platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəli yeni təşəbbüsə "vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb.
Ermənistan ciddi narahatçılıq keçirir
Azərbaycanın xarici siyasət kursunda bütün ölkələrlə mehriban dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, bu münasibətlərin daha da inkişaf etdirilməsi başlıca prioritet təşkil edir. Məhz bu prizmadan çıxış edən ölkəmizin xarici siyasətini həyata keçirən müvafiq qurumlar da rəsmi Bakı ilə ayrı-ayrı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə sistemli iş aparırlar.














