Siyasət
MN: "Super Muşak" təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq
“Super Muşak” təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə bildirilib.
“Rusiya Ermənistana İsraildən silah almağa icazə verməyəcək”
"İsrail istənilən dövlətə, o cümlədən Ermənistana silah sata bilər. İsrailin qarşısında Ermənistana silah satmasını əngəlləyən heç bir siyasi, iqtisadi baryer yoxdur. Ermənistanın İsraildən silah alması üçün siyasi, iqtisadi icazəsi varmı?".
Məlahət İbrahimqızı: Azərbaycan ictimai-siyasi sabitlik baxımından nümunəvi ölkədir
Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsini o dövlətə etibar edir ki, həmin dövlət bir sıra tələblərə cavab versin. Bu tələblər sırasına ölkənin normal iqtisadi inkişaf tempinə malik olması, dövlət daxilində ictimai-siyasi sabitlik hökm sürməsi, yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə zidd olmaması və digər vacib amillər daxildir”.
Abbas Abbasov gizli toplantılar keçirir
Azərbaycanın turizm imkanları Pakistan mətbuatında
Pakistanın “The Destination” qəzetində “Azərbaycan – turizm məkanı” sərlövhəli məqalə dərc olunub. Məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.
Putin ABŞ-a MEYDAN OXUDU: "Qəfil hərəkətə keçəcəyik və...
60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"
Xülasə: Məqalədə Avropa İttifaqının ötən 60 il müddətində keçdiyi yola təşkilatın geosiyasi transformasiyaları kontekstində nəzər salınır. Göstərilir ki, bu müddətdə Aİ əvvəllər nəzərdə tutulan inteqrasiya modelini tam yerinə yetirə bilməyib. Müəyyən mənada o, böhran vəziyyətinə düşüb.
Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.
Elmar Məmmədyarov Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya sərhədlərinin demarkasiya məsələsi müzakirə ediləcək
Azərbaycan və Rusiya 2017-ci ildə sərhədlərin demarkasiyası üzrə danışıqlar çərçivəsində ikinci görüşü keçirməyi planlaşdırır. Bu barədə diplomatik mənbədən məlumat verilib.
Politoloq: “Müharibə başlayarsa, Azərbaycanın yanında bir sıra dövlətlər yer alacaqlar”
Rusiya-Ermənistan qoşunlarının yaradılması haqda müqavilənin Rusiya prezidenti Vladimir Putin tərəfindən ratifikasiya edilməsi məlum olan bir məsələnin elanıdır. Bu fikri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, bəzi məqamlar illərdir ki, bəllidir: “Hesab edirəm ki, Azərbaycan özünə və öz ordusuna güvənməlidir. Xarici qüvvələr Azərbaycanı başqaları ilə qarışdırmamalıdır”.
Politoloq: “Əsas məqam gələndə rıçaqlar ermənilərin yox, rusların əlində olacaq”
“Əgər Ermənistan ərazisinə təcavüz olunsa, Rusiya-Ermənistan birgə qoşunları hərəkətə keçə bilər. Amma Azərbaycan Ermənistana ərazisinə təcavüz etmək niyyətində deyil. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.
Supegüclərin Cənubi Qafqaz uğrunda yeni savaşı
Super güclər arasında regional mübarizənin deyəsən yeni mərhələsi başlayır. Avropada nüfuz savaşı, Yaxın Şərq, ərəb dünyası, hətta Afrikanən təbii sərvətlərini ələ keçirmək uğrunda gedən mübarizə indi də Cənubi Qafqaza transfer olunur. Hər halda son aylar Birləşmiş Ştatlarla Rusiya arasında cərəyan edən proseslər, hər iki güc mərkəzinin regiona daha yaxın olması məqsədilə atdığı addımlar belə deməyə əsas verir. Hələlik bu prosesdə Birləşmiş Ştatlar uduşlu görünsə də, lakin Rusiya da müvəqqəti məğlubiyyətlə barışmaq niyyətində görünmür. Birləşmiş Ştatların Cənubi Qafqaza doğru irəliləməsinə NATO-da yaxından dəstək olduğu üçün Rusiya da alternativ variantlar axtarışındadır.
Ermənistan əsir və girovlarla bağlı müvafiq beynəlxalq müqavilələri pozur
Ermənistan Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq, keçən ilin aprelində itirdiyi mövqeləri bərpa etmək üçün bütün mümkün vasitələrdən, hətta müharibə qanunlarına, insan hüquq və azadlıqlarına ziddi olan hərəkətlərdən istifadə edir. Hələ bir müddət əvvəl Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistanın Azərbaycana qarşı hərbi üstünlüyünü artırmaq məqsədilə öz ərazisində, eləcə də işğal altında saxladıqları Dağlıq Qarabağda PKK/PEJAK terror təşkilatı üçün düşərgələr saldığını bəyan etmişdi. Bildirilirdi ki, terrorçular üçün düşərgə quran Ermənistan PKK/PEJAK terrorçularını bu yollaTürkiyə, Azərbaycan və İrana qarşı hazırlayır.
Kənar təhlükəyə qarşı birlikdə cavab verməyi bacarmalıyıq
2018-ci ildə keçiriləcək prezident seçkilərinə bir ildən artıq vaxt qalıb. Hələlik seçki aktivliyi müşahidə edilmıəməsi də təbii görünür. Çünki seçkilərə rəsmi start verilməsinə xeyli müddət var. Ancaq onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi də olsa seçki hazırlıqları həyata keçirən, reallaşdıran partiya və təşkilatlar, fərdlər var.














