Banqladeş Myanma müsəlmanlarına sığınacaq vermədi
4 Sentyabr 2017 19:34 SiyasətBanqladeş hakimiyyəti Myanmadan ölkəyə pənah gətirmiş müsəlman əhalidən 2 min nəfərini saxlayıb və geri - gəldikləri ölkəyə yollayıb.
Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, sahil mühafizə idarəsinin əməkdaşları Sent-Martin adasında aparılan reyd zamanı Myanmanın Rakhayn bölgəsindən qaçaraq buraya gəlmiş 2 minə yaxın miqrantı geri - vətənlərinə yollayıb.
"Saxlanılan şəxslər balıqçı gəmiləri ilə geri göndəriliblər", - bunu Banqladeşin ən cənub nöqtəsində yerləşən, Myanma ilə həmsərhəd Koks-Bazar əyalətinin rəhbərliyinin nümayəndəsi Məhəmməd Əli Hüseyn deyib.
Eyni zamanda, miqrantların üzüb gəldiyi 9 ədəd qayıq da müsadirə olunub. Deportasiya edilənlərin əsasən qadınlar, uşaqlar və yaşlı adamlar olduqları qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31