ABŞ-ın Florida ştatında "İrma" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
5 Sentyabr 2017 09:40 SiyasətABŞ-ın Florida ştatının qubernatoru Rik Skott ştat ərazisinə yaxınlaşmaqda olan "İrma" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
"Report"un məlumatına görə, bu barədə "RT" xəbər verib.
Qeyd olunur ki, qasırğa bütün Florida ştatı üçün ciddi təhlükə sayılır. Bu səbəbdən sakinlərin, zəruri infrastrukturun və ştatın ümumi rifahı üçün tədbirlərin vaxtında görülməsini tələb edir.
Daha əvvəl Puerto-Riko qubernatoru dördüncü kaateqoriyaya malik "İrma" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31