Siyasət
TƏCİLİ! Zakir Həsənov Xankəndini vurmağı əmr etdi
CƏBHƏDƏ ARA QARIŞDI
Şəhid Hüseyn Əkbərli Cəlilabadda dəfn olundu - FOTO
Ermənilərin “komandosu” Qarabağdakı separatçılara qarşı - ŞOK ETİRAF
Bakı Qarabağ üçün yeni PLAN HAZIRLAYIR - Ərdoğan və Putinlə görüşün SİRRİ
6-cı “kalon”da dəhşətli işgəncələr haqda iddialar - məhkum yaxınları danışır
60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"
Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər.
Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ali mükafatına layiq görüldü
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı - "Beynəlxalq İsa bəy İshakoviç 2017" mükafatına layiq görülüb.
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 21 iyul 2017-ci il tarixli protokolu təsdiq edilib. İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Daha sonra cari məsələlərə baxılıb.
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, D.Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.
Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"
"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir". Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.
Politoloq: “Azərbaycan ərazilərimizin bərpa olunması üçün döyüşə başlayacaq”
“Ermənistan tərəfi bütün danışıqlar prosesində hər cür yola əl atır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olmasına əngəl yaratsın”. Bunu politoloq Ramiz Alıyev deyib.
Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclası keçirilib
İyulun 27-də İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir müavini Sahil Babayevin və Pakistan İslam Respublikasının ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilmiş, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilmişdir. İclasda ölkə rəhbərlərinin siyasi iradəsi və dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərinin əhəmiyyəti və iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanmışdır.














