Siyasət

Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi

31 İyul 2017 18:35

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Prezident Çingiz Qənizadəni “Şöhrət” ordeni ilə təltif edib

31 İyul 2017 18:11

Prezident İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan ordusu apreldə daha çox ərazini azad etməli idi" - İran rəsmisi

31 İyul 2017 17:16

"Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik". Bunu  İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.

Ermənistan rəhbərliyi bölgədə sülh istəmədiyini açıq aşkar nümayiş etdirir

31 İyul 2017 17:03

“Ermənistanın dövlət rəhbərləri regionda sülhün bərqərar olmasını istəmədiyini, regional təhlükəsizliyə təhdid yaratdığını əyani şəkildə ortaya qoymaqdadır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib.

Prezident: “Azərbaycan haqqında həqiqətlər daha çox yayılmalıdır” - YENİLƏNİB

31 İyul 2017 16:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir

31 İyul 2017 16:50

Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan dövlətinin atmış olduğu uğurlu addımlardan biri də sosial məsələlərəin, problemlərin həllinə diqqət ayrıması, bu sahədə müntəzəm və planlı şəkildə islahatlar, tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəyə neft ixracından gələn gəlirlərin böyük əksəriyyəti də məhz sosial sahəyə yönəldilmişdi. Bunun ən bariz nümunəsi isə 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Məhz bu proqramın uğurla icrası nəticəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda, ucqar dağ kəndlərində belə bir sıra sosial problemlər həllini tapdı. Ən başlıcası müstəqilliyin ilk illərində sosial partlayış həddinə gəlib çatan işsizlik problemi aradan qaldırıldı.

Novruz Məmmədov: “Haaretz” qəzetinin yalan və böhtandan ibarət yazısı Azərbaycan-İsrail münasibətlərinin ruhuna ziddir

31 İyul 2017 16:26

İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bu yazı ilə bağlı münasibət bildirib.

"Azərbaycan dövləti sosial müdafiəyə ehtiyacı olanlara öz yardımını göstərir"

31 İyul 2017 15:54

"Azərbaycanda həyata keçirilən sosial siyasətin bir neçə istiqaməti var və bu siyasət insanların keyfiyyətli həyat sürməsinə yönəlib". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Deputat: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır

31 İyul 2017 14:42

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. Bunu  Milli Məclisin deputatı Eldar İbrahimov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur: “Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Ermənistanın aqressivliyi artacaq

31 İyul 2017 13:09

Ermənistan hər ötən gün cəbhədə gərginliyi artırır, təxribatçı əməllərini davam etdirir. Ötən həftə sonu Ermənistanın cəbhə bölgəsində törətdiyi növbəti təxribat, yaşayış məntəqələrini atəşə tutması da bu təxribatın bir hissəsi idi. Birmənalı olaraq qeyd edə bilərik ki, son günlər Ermənistanın təxribat hərəkətlərinin artmasının başlıca səbəblərindən biri Rusiya ilə Ermənistan arasında birgə qoşun yaradılması barədə sazişin qüvvəyə minməsidir. Təsadüfi deyil ki, əksər ekspertlər məhz bu qənaətdədirlər ki, məlum saziş İrəvanı daha da ruhlandırıb və onu yeni aqressiyaya sövq edib.

"Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir"

31 İyul 2017 12:24

"Son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib. Əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb". Bunu  Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Azərbaycan snayperçiləri öz ustalıqlarını nümayiş etdirəcəklər

31 İyul 2017 12:16

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

ABŞ-ın Bakıdakı səfirliyinə HUCUM

31 İyul 2017 10:20

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib. Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb. Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib.