Siyasət
Prezident yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib
Avqustun 2-də Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. “OLAYLAR”-ın prezident.az-a istinadən verdiyi xəbərə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.
Ekspert: "Uğurla icra olunan dövlət proqramları Azərbaycanın simasını köklü şəkildə dəyişib"
Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 14 ildə ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5 faizə düşüb, minlərlə yeni müəssisə yaradılıb, 1,7 milyondan artıq yeni iş yeri açılıb.
Pirallahıda tikinti-quruculuq işlərinə 9,5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
XİN rəhbəri: "25 illik əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafına təkan verib"
Xarici işlər naziri Elmar Məmmədyarov 25 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sudanın xarici işlər naziri İbrahim Qandura təbrik məktubu ünvanlayıb.
Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir
Rusiya Prezidenti Soçidə adətən olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiyə dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. İlham Əliyevi yüksək səviyyədə qarşılayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib.
"Qarabağda müharibə qaçılmazdır" - Ermənilər təlaşdadırlar
Azərbaycanla müharibə qaçılmaz məsələyə çevrilib. Hər şey, hər hadisə bizi addım-addım buna aparır.
Prezident İlham Əliyevdən yeni təyinat
Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ermənistan cəbhədə gərginliyi artırır
Prezident Ilham Əliyevin iyulun 21-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü hələ də Azərbaycanda müzakirə olunur. Görüşün nəticələri ilə bağlı iki rəy var. Birinci rəy bundan ibarətdir ki, görüş uğurlu keçib və prezidentlər gələcək planlar haqqında danışıblar. İkinci rəy isə bunun tərsidir, yəni görüşdə ciddi nəticə əldə olunmayıb.
Mübariz Əhmədoğlu: “Ermənistanın İsraillə əlaqələri xeyli intensivləşib”
“İran-Ermənistan münasibətlərində güclü dinamika var və bu dörd elementlə müşayiət olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
"Dağlıq Qarabağ münaqişəsi həllini tapsa sabitlik olacaq"
Fransanın “Alternatives-Economiques” portalında Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialomun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi yayılıb.
Musa Quliyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülüb”
“Azərbaycan sosial dövvlətdir. Sosial dövlətin ilk xüsusiyyəti ondan ibarətdir ki, dövlətin vətəndaşlarının bütün sosial qayğılarını dövlət öz üzərinə götürür və ədalətli şəkildə həll edir. Azərbaycan Prezidentinin daxili siyasətində sosial siyasət ən önəmli yerlərdən birini tutur”. Bunu millət vəkili Musa Quliyev deyib.
ABŞ-da məhbuslar həbsxanadan qaçdılar
15 min erməni yoxa çıxdı - İrəvan TƏŞVİŞ İÇİNDƏ
İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Doris Loytharda təbrik məktubu göndərib.














