Gürcüstan XİN: Nazirlərin Bakıi görüşündə əməkdaşlıq planı qəbul olunacaq

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək 6-cı üçtərəfli görüşündə 2017-2019-cu illər üçün əməkdaşlıq planı qəbul olunacaq. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə nazirlər üçtərəfli əməkdaşlığın inkişafı və perspektivləri, öncəki görüşdə əldə olunmuş qərarların icrasını müzakirə edəcəklər. Görüş çərçivəsində birgə bəyanatın imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və Gürcüstanın XİN başçısı Mixeil Canelidze artıq Bakıdadırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31