Siyasət

Azərbaycan prezidenti: “Biz mesaj veririk və yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin”

3 Avqust 2017 18:01

“Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Prezident: “Özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır”

3 Avqust 2017 18:00

Azərbaycan prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz”lə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı burada çıxış edib: “Mən yenidən Balakən rayonunda səfərdəyəm. Çox məmnunam ki, növbəti dəfə Balakənə səfər edirəm. Bu, mənim sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək. 

Səfir: “İndoneziya Dağlıq Qarabağ məsələsində Azərbaycanı hər zaman dəstəkləyəcək”

3 Avqust 2017 17:49

“İndoneziya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”. Bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fenani deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ilin sonunda İndoneziyaya səfəri gözlənilir: “Əslində səfər ilin əvvəli olmalı idi. Lakin Azərbaycanda keçirilən müəyyən tədbirlər səbəbi ilə səfər təxirə salındı. Ümid edirik ki, səfər baş tutacaq. İndoneziya Azərbaycanın dostu və qardaşıdır və bu münasibətlərin yüksəlişi üçün əlindən gələni edir”.

Azərbaycana qarşı növbəti məkrli oyun

3 Avqust 2017 17:42

Adətən Azərbaycanda hər seçki ili yaxınlaşdıqca Qərbdən ölkəmizə qarşı təzyiqlər, daxili siyasətə müdaxilə, siyasi hakimiyyətə təsir cəhdləri müşahidə edilir.  Hazırda da eyni situasiyanı sezməkdəyik. Yenə erməni lobbisinin maliyyə yardımı ilə fəaliyyət göstərən antiAzərbaycan şəbəkə aktiv fəaliyyətdədir. Özü də bu dəfə Azərbaycan əleyhinə yönələn fəaliyyət çoxşaxəli, çoxistiqamətlidir. 

Rusiyalı tarixçi-alim ermənilərin iddiası əsasında İstintaq Komitəsinə çağırıldı

3 Avqust 2017 17:27

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia ilə bağlı İstintaq Komitəsinə çağırılıb. Bu barədə  Oleq Kuznetsov məlumat verib.

Prezident İlham Əliyev Qaxda Bayraq Muzeyinin açılışında iştirak edib

3 Avqust 2017 16:54

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Qax rayonuna səfərə gəlib

3 Avqust 2017 16:51

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qax rayonuna səfərə gəlib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Prezident İlham Əliyev Qaxda kənd sakininin fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub

3 Avqust 2017 16:08

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verildi. Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Prezident İlham Əliyev Qaxda avtomobil yolunun açılışında iştirak edib

3 Avqust 2017 16:07

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Zaqatalada “Bəhmətli” elektrik yarımstansiyası istismara verilib

3 Avqust 2017 16:05

Bu gün Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi tikilib.

Prezident İlham Əliyev “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub

3 Avqust 2017 15:31

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.

Prezident şimal-qərb bölgəsində

3 Avqust 2017 15:16

Prezident İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfər edib. Dövlət başçısı  ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb. Rayona səfəri çərçivəsində Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ildə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək. Prezident Balakən Su Elektrik Stansiyasını işə salıb.

Azərbaycan Prezidenti Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub 

3 Avqust 2017 15:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib

3 Avqust 2017 14:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.