Siyasət
Vaşinqton-Moskva gərginliyinin regiona mümkün təsirləri
Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərdə növbəti gərginlik atmosferi müşahidə edilir. Kremldə Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk aylarda Vaşinqtonla münasibətləri normallaşdırmaq ümidi yaransa da, lakin son həftələrdə okeanın o tayından atılan addımlar bu ümidləri tamamilə puça çıxarıb. Üstəgəl, Birləşmiş Ştatların Rusiya ilə sərhəddə, Gürcüstanda hərbi təlim keçirmək niyyəti və NATO-nun da bu prosesə cəlb edilməsi Vaşinqton-Moskva gərginliyini kifayət qədər artırıb. Bəs görəsən Rusiya-Amerika münasibətlərinin gərgin xarakter alması regiona necə təsir göstərəcək? Ümumiyyətlə, dünyanın iki super gücünün hansısa ortqa məxrəcə gəlməsi mümkündürmü?
Ekspert: “Prezident il ərzində yüzlərlə strateji görüşlər keçirir”
"Dünyanın siyasi beyin mərkəzləri xüsusi proqram çərçivəsində bütün dünya liderlərini təhlil edirlər. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk sıralarda qərarlaşıb". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
XİN xarici jurnalistlərin sürücülük vəsiqələrinin dəyişdirilməsində vasitəçilik etməyəcək
Azərbaycanda akkreditə olunmuş xarici mətbuat orqanlarının əməkdaşlarının sürücülük vəsiqələrinin dəyişdirilməsi Xarici İşlər Nazirliyinin (XIN) vasitəçiliyi ilə həyata keçirilməyəcək. Daxili İşlər Nazirliyi bununla bağlı “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.
Azərbaycan Prezidenti Balakəndə Bayraq Muzeyinin açılışında iştirak edib
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. MPrezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.
Millət vəkili: “Onun-bunun qapısında olmaq ermənilərin köhnə adətidir”
“İyulunun 30-da “Layiqli tərəfdaş-2017 ” adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərinə start verilib. Maraqlısı odur ki, bu təlimlərdə heç vaxt layiqli tərəfdaş olmadığı Ermənistan da iştirak edir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və belə işğalçı ölkənin təlimlərdə “Layiqli tərəfdaş-2017 ” adı altında NATO ilə bir yerdə olması dünyada haqq ədalətin olmadığını göstərir”. Bunu millət vəkili Azər Badamov deyib.
"Üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı deyirəm" - Qənirə Paşayeva
Dünən Naxçıvanda baş verən dəhşətli hadisəyə millət vəkili Qənirə Paşayeva da biganə qalmayıb. Xanım deputat baş vermiş hadisəni qınayaraq, bunları deyib: "Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki, əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam...
Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Deputat: Azərbaycanda sosial layihələr insanların bütün qruplarını əhatə edir
Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi daim ön plandadır. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dövlətin sosial siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını hər zaman açıqlayıb.
Atəşkəsin pozulması halları intensivləşir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.






.jpg)






.jpg)
