Siyasət

“Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək” – İlham Əliyev

4 Avqust 2017 14:53

“Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.  Bu fikirləri Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı İlham Əliyev bəyan edib. Prezident deyib ki, sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi.

“Təşəbbüslər əks effekt yaradır” – Politoloq Ukrayna-ABŞ münasibətlərini şərh edir

4 Avqust 2017 14:42

“Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır”. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. “Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi” deyən politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi: “ABŞ Dövlət katibi Reks Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-nin təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir”.

Mübariz Əhmədoğlu: “Trampın RF-ni şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi”

4 Avqust 2017 14:40

“Trampın RF-i şər oxuna qoşması Putini cavab reaksiyasına təhrik etdi. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü nəhayət ki, baş tutdu və bu D.Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi: “İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də D.Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. D.Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir”.

Azəbaycan niyə hədəf seçilib?

4 Avqust 2017 13:53

Yenə ənənəvi mübarizə metoduna start verilib, hədəflər müəyyənləşdirilib. Hər zaman olduğu kimi bu dəfə də sözügedən “mübarizə”də hədəf və onu hədəfə alanlar dəyişməzdir. Hədəf Azərbaycandır. Onu hədəfə alan qüvvələr isə erməni lobbisi, onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərbin, Avropanın bəzi təsisatları və Azərbaycana düşmən kəsilmiş radikal siyasi düşərgədir. Son illər bu sıraya Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən, yaxud zamanında Kremlə bağlı olmuş, indi isə lazımsız əşya kimi kənara atılan fiqurlar da daxil olub. Amma əsas etibarilə hər zaman qeyd etdiyimiz üçlük Azərbaycana qarşı məkirli fəaliyyətləri ilə seçilib.

Prezident barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirib

4 Avqust 2017 13:47

Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafında əsaslı irəliləyişə gətirib çıxarır. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən birini kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin inkişafı da dövlətin xüsusi diqqət mərkəzidədir.

Akif Nağı : “NATO Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir?”

4 Avqust 2017 13:26

“İyulunun 30-da “Layiqli tərəfdaş-2017 ” adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərində Ermənistanın iştirak etdiyinə görə Azərbaycan tərəfi orada təmsil olunmadı. Bu təlimlərin keçirilməsi təbii bir hadisədir. Bizə də qəribə gəldi ki, niyə görə Ermənistan orada iştirak edir”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

İlham Əliyev: "AXC-Müsavat cütlüyü ölkəmizi məhvə aparırdı"

4 Avqust 2017 12:56

Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi.

Prezident İlham Əliyev: "Ümumi iqtisadi inkişaf perspektivlərimizi yüksək qiymətləndirirəm"

4 Avqust 2017 12:54

Ümumi iqtisadi inkişaf perspektivlərimizi yüksək qiymətləndirirəm. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Prezident İlham Əliyev: "Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir"

4 Avqust 2017 12:52

2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

4 Avqust 2017 12:27

İrəvan Bakı və Ankaraya qarşı alternativ sipər axtarır – mühüm gəlişmə; ABŞ-la Rusiya arasında sıxılmağa başlayan işğalçı ölkə çıxılmazda; Qərb paytaxtları Ermənistanın 2013-cü ildəki xəyanətini bağışlayacaqmı?; Ekspert: “İrəvan bilməlidir ki, torpaqların işğalı ona baha başa gələcək...”