Siyasət

Ermənilər 146 dəfə atəşkəsi pozub

7 Avqust 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub. 

Qaxda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrıldı

5 Avqust 2017 18:51

Azərbaycan prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" ASC-yə 2,99 mln. manat ayrılıb.

Çoxmənzilli binalar əsaslı təmir olunacaq

5 Avqust 2017 18:48

Prezident İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi iləZaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək

5 Avqust 2017 18:45

Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyi tamam olur. Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.

Prezident Balakəndə yol tikintisinə 3 milyon manat ayırdı

5 Avqust 2017 18:38

Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ilkin olaraq 3 mln. milyon manat ayrılıb.

Cəbhədə gərginlik

5 Avqust 2017 12:13

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. "Olaylar" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Türkmənistan prezidenti Azərbaycana gəlir

5 Avqust 2017 09:49

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək. Səfər iki gün davam edəcək. Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub.

Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI

5 Avqust 2017 09:46

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan “Drone Killer” silahını alıb.  Bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən “Harp Age” şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib. Onun sözlərinə görə, “Drone Killer” silahı yexni texnologiyalar əsasında hazırlanıb. “Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır”, – deyə o bildirib.

İlham Əliyev: Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər

4 Avqust 2017 18:41

Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün

4 Avqust 2017 18:40

Azərbaycan dövləti müntəzəm olaraq kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

İlham Əliyev: Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik

4 Avqust 2017 18:39

Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Azərbaycan Prezidenti: Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik

4 Avqust 2017 18:38

Sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Prezident İlham Əliyev: Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq

4 Avqust 2017 18:37

Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Deputat: Kənd təsərrüfatı, turizm, İKT getdikcə rentabelli sahələrə çevrilməkdədir

4 Avqust 2017 17:41

Azərbaycanda kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, “Made in Azerbaijan” brendi adı altında onlarla məhsulumuz xarici bazarlarda yer tutmaqdadır.

Azərbaycan nümayəndə heyəti İran prezidentinin andiçmə mərasimində iştirak edəcək

4 Avqust 2017 17:11

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.