Siyasət
“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncamda dəyişikliklər edilib
Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
İran Dağlıq Qarabağ regionuna üçüncü qüvvələrin cəlb olunması ilə bağlı Yerevana xəbərdarlıq edib
İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib. İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib ki, münaqişənin həll olunması regionda stabillik və təhlükəsizliyi artıracaq.
Səfir XİN rəhbərinin müavini ilə görüşüb
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Qənirə Paşayeva: "Pedofillərə qarşı cəzalar sərtləşdirilməlidir"
Millət vəkili Qənirə Paşayeva pedofillərə qarşı cəzaların sərtləşdirilməsini tələb edib.”Olaylar” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədi səhifəsində çağırış edib: "Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir. Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyim mövzuların önündə gəlir bu məsələ.
Siyavuş Novruzov: "Azərbaycanda müxalifət qocalıb"
Azərbaycanda müxalifət qocalıb, yəni eyni şəxslər, eyni simalardır. Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Müasir tarixdə miqrasiya prosesi haqqında
Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların - transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır.
XİN rəsmisi Kosta-Rika müvəqqəti işlər vəkilini qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycan Respublikasında səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib. Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur
Azərbaycanın hər bir regionu üçün onun özünəməxsus sahələrinin inkişaf etdirilməsi, bu sahələr üzrə istehsalın artırılması istiqamətində son illər məqsədyönlü tədbirlər həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq müsbət irəliləyişlər də nəzərə çarpır. Aran bölgəsi üzrə pambıqçılıq, şimal zonasında meyvəçilik, şimal-qərb regionunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialını da artırır.
Prezident məmurlarla bağlı fərman verdi - ŞOK
Ekspert: “Ölkəmizdə işsizlik səviyyəsi minimuma endirilib”
“Azərbaycanda iqtisadi islahatların əsası Ulu Öndər tərəfindən qoyulub”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, sonrakı mərhələdə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud baza əsasında yeni iqtisadi islahatlara keçid edildi: “Ən vacib məqamlardan biri də regionların sosial-iqtisadi inkişaf konsepsiyasının qəbul edilməsi idi.
Bu gün Ay tutulması baş verəcək
Bu gün Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.
Politoloq: “Münaqişənin tənzimlənməsi ilə ATƏT-in deyil, BMT-nin məşğul olması daha səmərəlidir”
“ATƏT-in məşğul olduğu münaqişə təkcə Dağlıq Qarabağ münaqişəsi deyil. MDB məkanındakı bütün münaqişələrin tənzimlənməsində bu və ya digər dərəcədə ATƏT iştirak edir”. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. ATƏM-in ATƏT-ə çevrilməsi ilə SSRİ-nin parçalanması prosesləri üst-üstə düşdüyünü xatırladan politoloq deyib ki, ona görə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi müəyyən qədər özünə geosiyasi maraq cəlb edə bilmişdi: “Nəticədə ATƏT ayrıca qrup yaratdı. ATƏT-in Minsk Qrupu təxminən belə şəraitdə formalaşdı. Zaman keçdikcə münaqişələrin həlli çətinləşir, yeni münaqişə regionları yaranır. Münaqişələrin həll olunmaması ATƏT tipli təşkilatları depressiv vəziyyətə salır”.
İşğal olunmuş ərazilərimizlə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyində
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
Ərdoğandan FETÖ təlimatı: Araşdırılsın!
Deputat: "Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək"
Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.














