Qapalı Bakı görüşünün SİRRİ, 2050-ci ilə qədər MÜHARİBƏ

 

 

ABŞ Dövlət Departamenti Rusiya ilə münasibətləri normaya salmaq istəyir.Lakin görünür ki, Vaşinqtonun bu məsələdə vahid fikri yoxdur. Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

"Bu həftə ABŞ-da Rusiyanın diplomatik nümayəndəliklərinin binalarında Federal Təhqiqatlar Bürosu tərəfindən təşkil edilən axtarışlar haqqında çox şey söylənilib. Bizdə olan məlumata görə, Rusiya diplomatlarına qarşı yaradılan münasibətin arxasında Amerika xüsusi xidmət orqanlarının əməkdaşları durur", - deyə o bildirib.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketin növbəti sınağına hazırlaşır. Bu haqda mənbələrə istinadən "Asia Business Daily" nəşri bildirib.

Xəbərə görə, Cənubi Koreya kəşfiyyatı qitələrarası ballistik raketin KXDR-in qərb sahilinə daşınması barədə informasiya əldə edib.

 

 

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə silahının mövcudluğunu təsdiq edib. Amma, onun sözlərinə görə, istənilən növ sanksiyalardan istifadə faydasız və effektsizdir.

Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen hərbi yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.

 

 

 

Koreyada heç bir müharibə olmayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

"Koreya böhranı amerikalılara lazımdır. Onlar bunun vasitəsilə Cənubi Koreyaya nüvə silahı gətirmək, donanmalarını və hava hücumundan müdafiə sistemlərini burada yerləşdirmək istəyirlər. Koreya müharibəsi olmayacaq. Buradakı silahlar isə gələcəkdə Çin və Rusiyaya qarşı yönəldiləcək", - deyə o bildirib.

Cenevredə keçirilən Silahsızlaşdırma Konfransında danışan Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Han Tae Sonq ölkəsinin həyata keçirdiyi sonuncu müdafiə hərəkətini ABŞ-a hədiyyə adlandırıb. "ABŞ Şimali Koreyaya qarşı təzyiq məqsədilə yersiz cəhdlərini davam etdirərsə, daha çox hədiyyə paketi alacaq ", - deyə o bildirib.

Yaponiya Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi hidrogen bombasının nüvə yükünün gücü haqqında məlumatları dəyişdirib. Bu haqda Yaponiyanın müdafiə naziri İsunori Onodera NHK televiziya şirkətinə bildirib.

Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.

 

 

 

Emosiyalara qapılıb Şimali Koreyanı küncə sıxışdırmağa ehtiyac yoxdur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin cənubi koreyalı həmkarı Mun Çje ilə görüşü zamanı danışıb.

"Şimali Koreya problemini yalnız sanksiyalarla həll etmək mümkün deyil. Soyuqqanlı olmaq və gərginliyin artmasına səbəb olan addımlardan qaçmaq lazımdır. Rusiya Pxenyanın nüvə statusunu tanımır. Müttəfiqlərimizi Moskvanın iştirakı ilə yaradılan münaqişənin həll yolu xəritəsinə diqqət yetirməyə çağırırıq", - Vladimir Putin bildirib.

Şimali Koreyaya qarşı sanksiyalar bu dövlətin məhvinə yönəlsə, Moskva bunu dəstəkləməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov söyləyib.

"Biz anlamalıyıq ki, nüvə silahı və raket proqramı Şimali Koreyanın imtina edəcəyi sonuncu şey olacaq. Biz buna görə də Şimali Koreyaya qarşı sanksiya təzyiqinin məqsədlərini anlamalıyıq. Əgər hədəf bu ölkəni boğmaqdırsa, Rusiya bunda iştirak etməyəcək", - deyə o bildirib

Son vaxtlar dünya KİV-inin gündəmində olan mövzulardan biri də Koreya böhranıdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-ı dəfərlərlə nüvə zərbəsi ilə hədələməsi vəziyyətin ciddiliyindən xəbər verir.

Pxenyan nüvə silahını işə salarsa, ABŞ-ın buna cavabı necə olacaq?

"The National Interest" nəşrinin hərbi məsələlər üzrə redaktoru Deyv Macumdar bu suala cavab olaraq yekdil fikrin olmadığını yazıb. Amma onun sözlərinə görə, əksəriyyət hesab edir ki, belə hərəkətə yeganə mümkün cavab nüvə zərbəsi olacaq.

 

 

 

"ABŞ Koreya yarımadasında sülh istəyən beynəlxalq cəmiyyətin iradəsinə məhəl qoymur. Vaşinqtonun yalnız bir hədəfi var: müharibə". Bunu jurnalistlərə Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətinin başçısı Kim Yon Ce söyləyib:

Onun sözlərinə görə, Pxenyan ABŞ-ın sanksiyaları və KXDR-ə təzyiq cəhdlərinə güclü əks-tədbirlərlə cavab verəcək.

 

 

 

Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.

"Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır", - ABŞ prezidenti vurğulayıb.

Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır. Bu haqda "The Atlantic Council" üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.

Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.

Müəllif qeyd edir ki, "New York Times" nəşrinin məqaləsi Rusiya xüsusi xidmət orqanlarının xüsusi kəşfiyyat əməliyyatının elementlərini özündə saxlayır.

 

 

 

Ukrayna

"Ukraynaya ölümcül silahların çatdırılması ABŞ-ın suveren qərarıdır, Rusiya bu qərara təsir edə bilmir". Bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.

Eyni zamanda, dövət başçısı qeyd edib ki, Ukraynaya silah çatdırılması haqqında qərarın qəbul olunması problemin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.

O həmçinin bildirib ki, Ukraynanın Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

 

 

 

Avropa Şurası yanında Ukraynanın daimi nümayəndəsi Dmitri Kuleba hesab edir ki, Vladimir Putin Donbasda sülh missiyasının tətbiqi məsələsində Kiyevin təşəbbüsünü ələ keçirir.

"Sülhməramlılar haqqında təşəbbüsün müəllifi Ukrayna prezidenti Pyotr Poroşenkodur. Onda deyirdilər ki, bu, qeyri-realdır. İndi Putin təşəbbüsü ələ keçirməyə çalışır. Hər şey realdır", - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.

"Rusiya prezidenti Vladimir Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır". Bu haqda Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib.

Politoloq qeyd edir ki, ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar bugünkü mövqeyini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının Moskvanın təklifi ilə raşılaşacağı qeyri-real görünür.

Eyni zamanda, Piontkovski bildirir ki, Putin Donbasda münaqişənin eskalasiyasına gedə bilər.

 

 

 

Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib. Bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib. Nazir müavini qeyd edib ki, Ukrayna M.Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.

Bununla belə Saakaşvili Ukraynaya qayıdacağı tarixi növbəti dəfə açıqlayıb.Saakaşvili sentyabrın 10-u saat 12-də Ukrayna-Polşa sərhədində yerləşən "Krakov" sərhəd-keçid məntəqəsində olacağını bildirib.

Saakaşvili həmçinin əlavə edib ki, hakimiyyət onun gəlişinə hazırlaşır.

"Ağlını itirmişlər hərbi kəşfiyyatın bir hissəsini şərq cəbhəsindən geri çəkərək qərb sərhədinə göndərib. Milli Qvardiya və "Azov" alayının bir hissəsi də Polşa sərhədinə yerləşdirilib", - Saakaşvili deyib.

Gürcüstanın keçmiş prezidenti əmindir ki, Ukrayna hakimiyyəti şərqdəki düşmənindən (Rusiya nəzərdə tutulur- red.) daha çox ondan qorxur. Bütün çətinliklərə baxmayaraq, Saakaşvili Ukraynaya qayıtmaq niyyətindədir.

Rusiya Donbasda "Qarabağ layihəsi"ndən artıq istifadə etməyəcək. Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı məşhur terrorçu, Donbas separatçılarının keçmiş "müdafiə naziri" İqor Strelkov söyləyib.

"Novorusiya" layihəsi 2014-cü ildə dəfn edilsə də, Moskva bundan uzun zaman ərzində bəhs etməyib. Bundan sonra "Böyük Dnestryanı" layihəsi ortaya atıldı, amma hökumət bu məsələdə də susdu. Bu layihəyə əsasən, Novorusiya və Ukraynadan tam imtina edilir, Krım isə Donbasla mübadilə olunur. Ən son layihə isə Qarabağ müharibəsi tipində konflikti dondurmaq idi. Bu layihə isə maydan sentyabra qədər keçərli olub. Deyirdilər ki, konflikt dondurulacaq, Donbasda hər şey Qarabağdakı kimi olacaq. Bu gün Putin BMT sülhməramlılarını Donbasa çağırmaqla onu da dəfn etdi. Moskva burada artıq Yuqoslaviya variantını işə salıb, yəni o öz gələcəyi haqqında düşünməyə başlayıb", - deyə o bildirib.

Belarus-Rusiya "Qərb-2017" birgə hərbi təlimləri Moskva tərəfindən genişmiqyaslı müharibəyə hazırlıqdır.Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya illik müraciətdə deyib.

"Təlimlərin kontinental miqyaslı hücum müharibəsinə hazırlıq olduğuna dair sübutlar çoxdur", - Poroşenko bildirib.

Qeyd edək ki, Qərb nəşrləri "Qərb-2017" (sentyabrın ortalarında keçiriləcək - red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb.

 

 

 

Pyotr Poroşenko söyləyib ki, Ukraynada islahatlar başa çatmadan öz dövlətçiliyini itirə bilər. "Ən pis ssenari Ukraynada islahatlar başa çatmadan bizim öz dövlətçiliyimizi itirməyimiz ola bilər. Mən buna imkan verməyəcəm. Optimist ssenari isə uğurlu Avropa Ukraynası yaratmaqdır. Qələbə isə bizim çağırışları doğru dəyərləndirib, onlara cavab verməyimizdən asılıdır", - deyə o bildirib.

Myanmarın Arakan bölgəsin də müsəlmanlara dini təhsil verən İslam alimi Şah Cenah Məhəmməd Hüseyn avqustun 31-də, səhər saatlarında evinin qarşısında ailəsiylə birlikdə buddistlər tərəfindən diri-diri yandırılaraq öldürülüb. Xarici KİV-in məlumatına görə, açdığı mədrəsədə minlərlə adama din təhsili verən Məhəmməd Hüseyn öncəki illərdə də Myammar hökuməti tərəfindən təzyiqlərə məruz qalırmış.

107 yaşlı professor Məhəmməd Hüseynin Darul ulum Ahmadun İslam Unversitetinin baş müəllimi, eyni zamanda hədis alimi olduğu bildirilir.

Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib.İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.

 

 

 

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqillik referendumu barədə qərarını təxirə salıb. Kataloniyalı liderlər isə məhkəmə qərarına məhəl qoymadan referendum keçirəcəklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31