"Bizə qarşı soyqırım törədənləri 70 il az qala “milli qəhrəman” edərək Bakının mərkəzində “26-lar” bağında əzizləmişik"
10 Sentyabr 2017 21:05 SiyasətGənc tarixçi-alim Sevinc Məlikzadə Bakının mərkəzindəki "26" adlı kafenin fəaliyyətinin dayandırılmasına "Feysbuk"da münasibət bildirib.
Milletinsesi.info xəbər verir ki, S.Məlikzadə fikrini belə ifadə edib: "Tariximizə qarşı laqeydliyimiz öncə özümüzə qarşı laqeydliyimiz deməkdir. İlk öncə bilmək istərdim ki, ermənilərlə düşmənçiliyimizin tarixini bilirikmi? Yoxsa düşünürük ki, elə onların ərazi iddiası son 25 ildə başlayıb?

1918-ci ilin martında Bakıda və digər şəhərlərdə bizə qarşı soyqırım törədənləri 70 il az qala "milli qəhrəman" edərək Bakının mərkəzində "26-lar" bağında əzizləmişik. O dövrdə çoxu onların kim olduğunu bilmirdi, yaxud da bilmək istəmirdi. Artıq hamı bilir ki, əksəriyyəti erməni olan bu 26 qaniçən bizim ən qatı düşmənimiz olub. Nəinki soyqırım törətmiş, milli sərvətlərimizi talamış, hətta Cümhuriyyətin (Azərbaycan Xalq Cümhuriyyəti (AXC) - red.) Bakıya gəlməsinə qarşı inadla mübarizə aparmışdılar. İndi isə adı dəyişdirilib "Sahil bağı" qoyulan bu ərazidə "26" adında kafe fəaliyyət göstərirmiş.
Nə yaxşı ki, bu bağışlanmaz səhvin qarşısını gec də olsa tarixçilərin səyi nəticəsində Bakı Şəhər İcra hakimiyyəti aldı. Tariximizə qarşı diqqətli olaq". Qeyd edək ki, Bakı meri Hacıbala Abutalıbov dünən APA-ya açıqlamasında bu sözləri deyib: "Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe "26 kafe" kimi yox, "26-lar Bakı", "26-lar yaşayır", "Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur" lövhələri ilə bəzədilən "26-lar kafesi" kimi fəaliyyət göstərir".
Gənc tarixçi-alim Sevinc Məlikzadə
-
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31