İlham Əliyev jurnalist Mehman Əliyevin həbsinə reaksiya verdi
11 Sentyabr 2017 11:01 SiyasətMötəbər mənbələrdən aldığımız məlumata görə, "Turan" informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.
Virtualaz.org xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.
Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31