Siyasət
Deputatımız ATƏT-ln tədbirinə qatılacaq
Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyasında iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq. Milli Məclisdən “Olaylar2a verilən məlumata görə, millət vəkili Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq. Səfər sentyabrın 19-da başa çatacaq.
Avropa Şurasının bir sıra ölkələrə qarşı sərt mövqeyi yolverilməzdir
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq görüşün tarixi bir gündə keçirildiyini vurğuladı. Bildirdi ki, bu gün Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan yeni Saziş “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini 2050-ci ilə qədər uzadır.
Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik
Şimal qonşumuz yenə Dağlıq Qarabağ probleminin həllində diplomatik fəallığı artırmaq niyyətində görünür. Ancaq bu dəfə Moskvanın fəallığı rəsmi səviyyədən daha çox qeyri-rəsmi səviyyədə özünü göstərir. Hər halda son günlər şimaldan müxtəlif ekspert və analitiklər tərəfindən Qarabağ problemi ilə bağlı verilən açıqlamalar, eləcə də bu günlərdə Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda keçirilən konfrans belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, konfransda Rusiya və Azərbaycandan olan deputatlar, o cümlədən qonşu ölkənin ekspertləri iştirak ediblər. Konfransın işinə qatılan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbir barədə fikirlərini bölüşərkən Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib. O, bildirib ki, tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar və konfrans da məhz onların təşəbbüsü ilə keçirilib: “Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu.
Düşmən cəbhədə yenə minaatanları işə saldı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycanda Kredit Zəmanət Fondu yaradılır
Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Ermənistan ekzotik korrupsiyalar ölkəsidir -Mübariz Əhmədoğlu
ABŞ kürdlərdən müstəqillik referendumunun ləğvini xahiş edir
Nuru Paşanın Bakının daşnak-bolşevik işğalından azad etməsindən 99 il ötür
“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib
TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi HavaQüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan prezidenti AŞPA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırıblar və bunu böyük tarixi hadisə kimi qiymətləndiriblər. Prezident İlham Əliyev imzalanan saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışıb.
Robert Sekuta: İnanırıq ki, Mehman Əliyevin azadlığa buraxılması insan haqlarına müsbət yanaşmanın bir başlanğıcı olacaq
“Siz ABŞ Dövlət Departamentinin Mehman Əliyevin həbsi və onun azadlığa buraxılması ilə bağlı bəyanatları ilə tanışsınız. Mehman professional və təcrübəli bir jurnalistdir, biz onun saxlanılması ilə bağlı narahatlğımızı ifadə etmişdik. Biz onun azadlığa buraxılmasını pozitiv qiymətləndiririk və inanırıq ki, bu pozitiv gəlişmə Azərbaycanda demokratiya və insan haqlarına daha pozitiv, müsbət yanaşmanın bir başlanğıcı olacaq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və azadlığa buraxılması ilə bağlı sualının cavabında bildirib.
Yeni anlaşma ölkəmizə "Əsrin müqaviləsi"ndən daha böyük perspektiv vəd edir
"Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda Heydər Əliyev Mərkəzində imzalanan yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük dvident və perspektiv vəd edir.
Prezident İlham Əliyev Robert Dadlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Robert Uorren Dadlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Bizim məqsədimiz alidir”
Azərbaycan müstəqillik əldə etdikdən sonra yaxın və uzaq ölkələr, eləcə də beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək beynəlxalq aləmin tərkib hissəsinə çevrilib. Dövlətlərlə münasibətdə heç bir ayrıseçkilik və fərq qoymadan ikitərəfli münasibətləri inkişaf etdirmək istiqamətində uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan Respublikası Yaxın Şərq ölkələri də öz uğurlu əməkdaşlığını davam etdirir. Heç şübhəsiz ki, burada İsrailin də öz payı və yeri var. Son illərə nəzər salsaq görərik ki, Bakı ilə Təl-Əviv arasında əlaqələr nəzərəçarpacaq dərəcədə inkişaf edib. İsrail rəsmilərinin Azərbaycana səfərləri bu əlaqələri daha da genişləndirib.
Azərbaycanlı deputat: “Ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq”
“Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır". Bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev bildirib.














