Siyasət

Azərbaycanlı deputat: “Ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq”

14 Sentyabr 2017 15:54

“Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır".  Bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev bildirib.

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

14 Sentyabr 2017 15:50

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur” - Rusiyalı politoloq

14 Sentyabr 2017 15:44

“Azərbaycanın xüsusi iqtisadi və siyasi rolu nəzərə alınsa, Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir”. Bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransında deyib.

Deputat: Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı nəzərə çarpacaq dərəcədə aşağıdır

14 Sentyabr 2017 15:32

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır. Azərbaycan dünya statistikasında bu göstəriciyə görə Çindən sonra gəlir”.

ÜAK prezidenti: "Azərbaycan-Rusiya münasibətlərinin tarixi aspektini düzgün qiymətləndirmək vacibdir"

14 Sentyabr 2017 15:18

"Rusiya-Azərbaycan münasibətlərinin tarixi aspektini düzgün qiymətləndirmək vacibdir". Bunu Moskvada "Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru" konfransında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov deyib. O qeyd edib ki, Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinin dostluğu münasibətlərimizin inkişafı üçün möhkəm əsas yaradır. Onun sözlərinə görə, daha bir vacib fakt Rusiyaya terrorçu qüvvələrin daxil olmasının qarşısında Azərbaycanın güclü sədd olmasıdır.

Alan Dunkan: “Britaniya baş naziri tezliklə Azərbaycan prezidenti ilə görüşmək niyyətindədir”

14 Sentyabr 2017 14:51

"Bu gün prezident İlham Əliyevlə görüşümüzdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələri müzakirə etdik". Bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib. 

Prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini ilə görüşüb

14 Sentyabr 2017 14:25

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevYaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb. Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev: "Bu saziş yeni əsrin müqaviləsidir"

14 Sentyabr 2017 14:24

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.  Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlət başçısı onu yeni əsrin müqaviləsi adlandırıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

Fərhad Bədəlbəyli: "ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir"

14 Sentyabr 2017 14:22

"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir". Bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.

Aleksandr Duqin: “Ermənistan 5 rayonu qaytarmalıdır”

14 Sentyabr 2017 14:14

“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”.

Mixail Zabelin: "Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq"

14 Sentyabr 2017 13:59

"Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub". Məlumata görə, Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib. M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək

14 Sentyabr 2017 13:54

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub

14 Sentyabr 2017 13:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"

14 Sentyabr 2017 12:47

"Ümid edirik ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq". Bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında bildirib.

Azərbaycan prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb

14 Sentyabr 2017 12:30

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevTürkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.