Siyasət

XİN: Ermənistanın əcnəbi vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə çağırması cinayətdir

14 Sentyabr 2017 12:26

Ermənistan əcnəbi vətəndaşları, xüsusilə bir qrup siyasətçiləri maddi maraq müqabilində ələ almaq, şantaj və ya aldatmaq yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə təhrik edir və sonradan özünün siyasi propaqanda alətinə çevirir. Ermənistan xarici işlər naziri son açıqlaması ilə açıq şəkildə əcnəbi vətəndaşları qeyri-qanuni səfərlərə çağırmaqla beynəlxalq hüquqi və Azərbaycanın qanunlarını pozmağa dəvət edir ki, bu özü də cinayətdir.

Robert Sekuta: "ABŞ-Azərbaycan əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir"

14 Sentyabr 2017 12:18

“ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir, Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır".  Məlumata görə, bunu ABŞ-Azərbaaycan əməkdaşlığının perspektivlərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir: “Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq".

Ərdoğan: TANAP-ın istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı pik həddinə çatacaq

14 Sentyabr 2017 12:16

TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq. Məlumata görə, bu barədə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak tərəfindən oxunan məktubunda deyilir.

Nazir: “Azərbaycan Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya bilər”

14 Sentyabr 2017 12:05

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Nquyen Xuan Fuk ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə E.Məmmədyarov 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xatırladaraq Azərbaycan və Vyetnam arasında mövcud sıx dostluq əlaqələrinin dərin tarixi köklərinin olduğunu bildirib.

Ermənilər 127 dəfə atəşkəsi pozub

14 Sentyabr 2017 11:20

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.

Azərbaycan prezidenti: “BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb”

14 Sentyabr 2017 11:10

“BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb. SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb". Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi bizi yolumuzdan döndərə bilmədi”

14 Sentyabr 2017 11:08

“2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib". Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev: “Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir”

14 Sentyabr 2017 11:07

“1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb”. Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident: "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilməmiş 500 milyon ton neft var"

14 Sentyabr 2017 11:00

"Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır". Məlumata görə, bunu bu gün AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Moskvada Azərbaycana qarşı erməni təxribatı

14 Sentyabr 2017 10:51

Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar. Məlumata görə, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistanstendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunub.  Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər. 

Prezident Azərbaycanın İsveçrədə yeni səfirini təyin edib

13 Sentyabr 2017 19:03

Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mehriban Əliyeva amerikalı iş adamının mühazirəsini dinlədi

13 Sentyabr 2017 18:39

Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub. Məlumata görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva vəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirdə iştirak ediblər.

Ali məktəblərə daxil olan bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

13 Sentyabr 2017 17:42

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  sərəncam imzalayıb.